Media islahatları:
yeni hədəflərə
doğru
MEDİA-nın
icraçı direktoru
yazır
Media sahəsində həyata keçirilən islahatlar mahiyyət etibarilə özündə media sahəsində
fəaliyyətin təşkilati,
hüquqi və iqtisadi əsasları, həmçinin kütləvi
informasiyanın əldə
edilməsi, hazırlanması,
ötürülməsi, istehsalı,
yayımı və s.
məsələlərin daha
təkmil formada həll edilməsinə yönəlmiş tədbirləri
ehtiva edir. Bu mənada yeni
qanunun qəbul edilməsi son dərəcə
aktualdır və əminliklə demək olar ki, zərurətə
çevrilib.
Azərbaycan Respublikasının Medianın
İnkişafı Agentliyinin
(MEDİA) icraçı direktoru
Əhməd İsmayılov
bu fikirləri “Media islahatları: yeni hədəflərə doğru”
sərlövhəli məqaləsində
qeyd edir.
Məqalədə bildirilir ki,
“Media haqqında” yeni qanun peşəkar media subyektləri və jurnalistlər üçün
geniş imkanlar və potensial güzəşt və imtiyazlar üçün hüquqi əsas yaradacaq, ölkə mediasının daha yüksək inkişaf mərhələsinə keçidinə
dəstək olacaq: “Lakin unudulmamalıdır ki, media bir prosesdir
və həmin prosesdə media subyektləri
və jurnalistlər iştirakçıların yalnız
bir qrupu – xəbərin, media məhsulunun
istehsalçısıdırlar. Onlarla yanaşı həmin prosesdə bu media məhsullarının
istehlakçıları – auditoriya,
yəni qəzet və sayt oxucuları,
televiziya tamaşaçıları,
radio dinləyiciləri və
s. də iştirak edir”.
MEDİA-nın icraçı direktoru diqqətə çatdırır ki, yeni qanun layihəsi
hazırlanarkən Azərbaycan
Respublikasının Konstitusiyası,
qanunvericilik bazası,
beynəlxalq qanunvericilik
və müxtəlif digər sənədlər,
o cümlədən Avropa
Şurasının jurnalistika
etikası ilə bağlı qətnaməsinin
müddəalarına uyğun
olaraq, bütün tərəflərin, o cümlədən
media məhsulu istehlakçısının
da maraqları nəzərə alınıb.
“Medianın inkişafının
ilkin şərtlərindən
biri jurnalistlərin peşəkarlığının artırılması, onların
problemləri və ehtiyacları ilə bağlı tədbirlərin
görülməsidir. Agentlik bu
istiqamətdə istər
müstəqil şəkildə,
istərsə də yerli və xarici
tərəfdaşlarla birgə
müntəzəm olaraq
müxtəlif təlimlər,
treninqlər və digər tədbirlər həyata keçirməkdədir.
Agentlik tərəfindən media subyektlərinin
rəhbərləri üçün
menecment və idarəetməyə dair xüsusi seminarlar, region mediasının inkişafı
ilə bağlı müxtəlif bölgələri
təmsil edən media
subyektlərinin nümayəndələri
ilə videokonfrans formatında görüş
təşkil edilmişdir”,
– deyə Əhməd
İsmayılov yazır.
Məqalədə vurğulanır ki, hər bir sahədə
olduğu kimi, media sahəsində də peşəkarlığın əsas
göstəricilərindən biri peşə etikası faktorudur. Mediada peşə etikasına riayət edilməsi, müəllif hüquqları,
məlumatların dəqiqliyi
və qərəzsiz,
obyektiv yanaşmanın
təmin edilməsi, əxlaq normalarının
gözlənilməsi və
s. məsələlər peşəkar
medianın inkişaf etdirilməsi kontekstində
daim diqqətimizdə
saxlanılır və
bu istiqamətdə müvafiq tədbirlər həyata keçirilir: “Agentlik tərəfindən
təşkil edilən
və müxtəlif kateqoriyalara istiqamətlənmiş
bütün bu tədbirlərin əsas məqsədlərindən biri
informasiya və xəbər mühitini sağlamlaşdırmaq, bu
sahədə peşəkarlıq
səviyyəsini yüksəltmək,
jurnalistika peşəsinin
cəmiyyətdə nüfuzunu
qaldırmaq, onu yüksək keyfiyyət standartlarına uyğunlaşdırmaqla
məsuliyyətsiz və
qeyri-peşəkar təzahürlərdən
azad etməkdən ibarətdir”.
Qeyd edilir ki, agentlik tərəfindən jurnalistlərin rifahının yüksəldilməsi və sosial müdafiəsinin gücləndirilməsi istiqamətində müxtəlif layihələr işlənib hazırlanır. Media reyestrinin tətbiqi ilə bu istiqamətdə aidiyyəti dövlət qurumları ilə birgə konkret layihələrin həyata keçirilməsi nəzərdə tutulur.
Agentlik fəaliyyətinin əsas hədəflərindən biri kimi media subyektlərinin iqtisadi müstəqilliyinin təmin edilməsi məsələsini daim diqqətdə saxlayır, bu məqsədlə müvafiq təhlillər aparır, müxtəlif qurumlarla əməkdaşlıq edir. Media subyektlərinin iqtisadi müstəqilliyi ümumilikdə medianın müstəqilliyinin əsas təminatçısıdır və bu mənada media subyektləri müstəqil sahibkarlıq (biznes) subyekti kimi rəqabətqabiliyyətli olmağı bacarmalıdırlar. Agentlik media subyektlərinin inkişafı, iqtisadi müstəqilliyinin gücləndirilməsi, fəaliyyətinin təkmilləşdirilməsi, habelə dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən layihələrin həyata keçirilməsi məqsədilə müntəzəm müsabiqələr təşkil edir.
Məqalədə Medianın İnkişafı Agentliyinin beynəlxalq əməkdaşlıq layihələrində iştirakından da bəhs olunur. Buna misal olaraq Türk Dövlətləri Təşkilatı, Türkiyə-Azərbaycan ortaq media platforması layihələri xüsusi qeyd edilir.
Mədəniyyət.- 2022.- 14
yanvar.- S.3.