Opera və Balet Teatrında
baxmağa nə var?
Azərbaycan Dövlət Akademik
Opera və Balet Teatrı yanvar ayında repertuarındakı maraqlı
səhnə nümunələrini
tamaşaçılara təqdim
edir.
Yanvarın 12-də sənət ocağının
səhnəsində Ü.Hacıbəylinin
114 yaşı “Leyli və Məcnun” operası nümayiş olunub. Yanvarın 15-də klassik opera həvəskarları italyan
bəstəkar Cüzeppe
Verdinin “Traviata”sını
seyr edə biləcəklər.
Ertəsi gün isə balet həvəskarları
rus bəstəkar
Sergey Prokofyevin “Romeo və
Cülyetta”sını izləmək
imkanı qazanacaqlar.
Yanvarın 19-da “Sevil” operası nümayiş olunacaq. Dahi bəstəkar Fikrət Əmirov Cəfər Cabbarlının eyniadlı pyesi əsasında (libretto müəllifi Tələt Əyyubov) yazdığı operanı 1952-ci ildə tamamlayıb. Opera bir il sonra tamaşaya qoyulub və o vaxtdan teatrın repertuarındadır. Hazırda oynanılan tamaşa operanın sonuncu redaksiyasıdır.
Teatrın bu ay üzrə afişasında Adolf
Adanın “Jizel” baleti
(22 yanvar) və Leonid Vaynşteynin “Zoluşka”
operası (23 yanvar) da
var.
Mədəniyyət.- 2022.- 14
yanvar.- S.5.