Şuşa Dövlət Musiqili
Dram Teatrında yeni səhnə
əsəri
2022-ci ilin “Şuşa İli” elan olunması Şuşa Dövlət Musiqili Dram Teatrının kollektivi tərəfindən böyük rəğbətlə qarşılanıb.
Pandemiyanın doğurduğu uzun fasilədən sonra ötən ilin oktyabrında yeni mövsümə başlayan teatr repertuarındakı səhnə əsərlərini bərpa edib. Xanımana Əlibəylinin “Dovşanın ad günü” (premyera), Altay Məmmədovun “Dəli Domrul”, Mirzə Fətəli Axundzadənin “Sərgüzəşti-vəziri-xani-Lənkəran” və “Müsyö Jordan və dərviş Məstəli şah”, Cəlil Məmmədquluzadənin “Anamın kitabı”, Cəfər Cabbarlının “Solğun çiçəklər”, Abdulla Şaiqin “Danışan gəlincik” və digər tamaşalarla yanaşı, İsgəndər Coşqunun “Çal-oyna” nağıl-tamaşası və Vətən müharibəsində Qələbənin birinci ildönümü ilə əlaqədar “Qarabağ – Azərbaycandır!” adlı konsert proqramı da repertuara daxil edilib.
Teatrın kollektivi “Şuşa İli”ndə yeni
səhnə əsərləri ilə də
tamaşaçıların görüşünə gələcək.
Hazırda teatrda Hüseyn
Cavidin “Ana”
tamaşasının son məşqləri
gedir. Premyera
yanvarın 29-da olacaq. Tamaşa
böyük ədibin 140 illiyinə həsr
olunub.
Mədəniyyət.- 2022.- 12
yanvar.- S.5.