Narkomaniya əleyhinə maarifləndirici tədbir

 

Xaçmaz rayonu Şəmsəddin Sədiyev adına Qımılqışlaq kənd tam orta məktəbində “Narkomaniyaya yox deyək!” mövzusunda maarifləndirici tədbir keçirilib.

Rayon Polis şöbəsinin rəisi, polkovnik-leytenant Həmid Həsənov, Təhsil şöbəsinin müdiri İnqilab Musayev, həkim- narkoloq Ağakərim Muradxanov və başqaları çıxış edərək “ ölümün törətdiyi fəsadlar barədə danışıblar.

Xaçmaz RPŞ-nin İctimai təhlükəsizlik bölməsinin rəisi Kamran Bayramov narkotiklərin qanunsuz dövriyyəsinin cəmiyyətə və insanların sağlamlığına vurduğu zərərlərdən ətraflı bəhs edib, bu istiqamətdə hüquq-mühafizə orqanlarının apardığı mübarizə barədə tədbir iştirakçılarını məlumatlandırıb.

Çıxışlarda uşaqların zərərli vərdişlərdən mühafizəsi üçün hüquq-mühafizə orqanlarının, təhsil müəssisələrinin və ictimaiyyətin birgə fəaliyyətinin zəruriliyi bildirilib. Vurğulanıb ki, pedaqoji kollektivlər məktəblilərin davranışlarını müntəzəm izləməlidir.

Sonda şagirdləri maraqlandıran suallar cavablandırılıb, narkomaniyanın fəsadlarından bəhs edən film nümayiş etdirilib.

Bu mövzuda maarifləndirici tədbirlərin rayonun bütün məktəblərində təşkil olunması nəzərdə tutulub.

 

Mədəniyyət.- 2022.- 12 yanvar.- S.4.