“İslam
sivilizasiyası Qafqazda”
Beynəlxalq simpoziumun
materialları nəşr olunub
Azərbaycan İlahiyyat İnstitutu (Aİİ), İslam Tarixi, İncəsənəti və Mədəniyyəti Araşdırma Mərkəzi (IRCICA) və AMEA-nın akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun birgə təşkilatçılığı ilə ötən il Bakıda keçirilən “İslam sivilizasiyası Qafqazda” II beynəlxalq simpoziumun (11-12 iyul 2021-ci il) materialları çapdan çıxıb. Bu barədə Aİİ-dən məlumat verilib.
İki cilddən ibarət olan kitabda İslam
sivilizasiyasının təşəkkül və
inkişafına dair məruzələr
toplanıb. Simpoziumda “Qafqazda İslamın
yayılması”, “İslam mədəniyyətinin
Qafqazda dini və
ictimai-mədəni həyata təsiri”, “Qafqazda
İslam elmlərinin inkişafı”, “Qafqazda multikulturalizm”, “Azərbaycanda
tolerantlıq və multikultural ənənələrin
möhkəmləndirilməsində Azərbaycan Prezidenti İlham
Əliyevin rolu”, “Qafqazda
din təhsilində məscid, mədrəsə
və xanəgahların rolu” və
digər mövzularda məruzələr
dinlənilmişdi.
Mədəniyyət.- 2022.- 12
yanvar.- S.4.