Volqaboyu xalqlarının İslamı
qəbul etməsinin 1100 illiyi münasibətilə
Rusiya Federasiyası Müsəlmanları Ruhani İdarəsi Volqa Bulqariyası xalqları tərəfindən İslam dininin qəbul edilməsinin 1100 illiyi şərəfinə tədbirlərə başladığını elan edib.
Təşkilat komitəsindən bildirilib ki, yanvarın 13-15-də Volqa Bulqariyası xalqlarının İslamı qəbul etməsinin 1100 illiyinə, habelə Məhəmməd Peyğəmbərin Məkkədən Mədinəyə hicrət etməsinin (622-ci il) 1400 illiyi şərəfinə şənliklərin təntənəli açılışı olacaq.
Tədbirlərə yanvarın 13-də Moskva Cümə məscidində start veriləcək. Əvvəlcə “Şihabuddin Mərcani qiraətləri” silsiləsindən “Rusiya İslamı: Rusiya müsəlmanlarının çoxəsrlik təcrübəsi” mövzusunda konfrans keçiriləcək. Konfransın “Tarix və arxeologiya”, “İlahiyyat və fəlsəfə”, “Politologiya və sosiologiya” adlı panel iclaslarında Orta əsrlərdə Rusiyada İslam tarixi üzrə aparıcı mütəxəssislər çıxış edəcəklər.
Yanvarın 14-də Moskva
Cümə məscidində Rusiya müsəlmanlarının
ruhani lideri müfti şeyx Ravil Qaynutdin Volqa Bulqariyası xalqları tərəfindən
İslam dininin rəsmən
qəbul edilməsinin 1100 illiyinə həsr edilmiş
ibadət mərasimi keçirəcək. Tədbirlər
çərçivəsində “Rusiyada İslam təfəkkürü: dirçəliş
və yenidəndərk” seriyasından kitabların təqdimatı
da keçiriləcək.
Mədəniyyət.- 2022.- 12
yanvar.- S.8.