Estrada orkestrinin
10 yaşı konsertlə
qeyd olunub
Cəlil
Məmmədquluzadə adına Naxçıvan
Dövlət Musiqili
Dram Teatrında Naxçıvan
Dövlət Filarmoniyası
Estrada orkestrinin yaradılmasının
10 illiyinə həsr olunmuş konsert proqramı təqdim edilib.
Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyinin
təşkilatçılığı ilə gerçəkləşən
konsert Üzeyir Hacıbəylinin “Arşın
mal alan” operettasından musiqi ilə başlayıb. Eldar Mansurov, Emin Sabitoğlu, Mehriban Əhmədova, Səid Rüstəmov, Fikrət Əmirov, Müslüm Maqomayev, Nizami Məmmədov, Elza İbrahimova və bir sıra
xarici bəstəkarların
əsərləri tamaşaçılar
tərəfindən alqışlarla
qarşılanıb. Musiqi əsərlərini
orkestrin müşayiəti
ilə muxtar respublikanın Əməkdar
artistləri Ruhiyyə
Hüseynova, Arzu Fərzəliyev və digər solistlər ifa ediblər.
Naxçıvan Muxtar Respublikası
Ali Məclisi sədrinin
2012-ci il yanvarın 10-da imzaladığı
sərəncam ilə
yaradılan bu musiqi kollektivi qısa vaxtda estrada həvəskarlarının
rəğbətini qazanıb.
Estrada orkestrinin bədii rəhbəri və dirijoru Elvin Əliyarovdur.
Mədəniyyət.- 2022.- 12
yanvar.- S.4.