Kanadanın kitabxana və
arxivlərində Qarabağ mövzusu
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Kitabxana-İnformasiya Mərkəzi tərəfindən “Qarabağ mövzusu dünya kitabxanalarında” layihəsi çərçivəsində Kanadanın kitabxana və arxivlərində araşdırma aparılıb.
UNEC-dən verilən məlumata görə, araşdırma nəticəsində Kanada kitabxanalarında Qarabağ mövzusunda ümumilikdə 2804 nəşrin biblioqrafik təsvirinə rast gəlinib. Bunlar 1884 məqalə, 842 kitab və 42 musiqi nəşrləri, 13 video, 13 xəritə (təəssüf ki, onlardan 10-u 1990-2010-cu illər arasında erməni müəlliflər tərəfindən hazırlanan saxta xəritələrdir), 4 arxiv materialı və s. sənədlərdir. Bu nəşrlərin hər biri dünya kataloquna (WorldCat) daxil edilib. Statistikaya görə, nəşrlərdən 1965-i ingilis dilində, 176-sı fransız dilində, 107-si rus dilində, 40-ı alman dilində, 32-si erməni dilində, 26-sı türk dilində, 17-si Azərbaycan dilində, 5-i italyan dilində, 5-i fars dilində, 4-ü ərəb və Koreya dillərindədir.
Kanadanın kitabxana və arxivlərində mövcud olan 842 kitabdan 477-si çap kitabı, 334-ü elektron kitab, 17-si dissertasiya, 8-i mikroforma şəklindədir. Dissertasiyaların 11-i ingilis dilində, 6-sı fransız dilindədir.
Kataloqda Azərbaycan dilində olan 17 nəşr
arasında “Qarabağın Alban abidələri”,
“Qarabağın elat dünyası”,
“Qarabağnamələr” və s. kitablar, Xalq artisti Səkinə İsmayılovanın
ifasında “Qarabağ şikəstəsi”nin
də daxil olduğu musiqi diskləri yer
alıb.
Mədəniyyət.- 2022.- 12
yanvar.- S.6.