Natəvanın 190 illiyinə həsr olunan beynəlxalq elmi konfrans

 

 

Klassik ədəbiyyatımızın görkəmli nümayəndəsi, şairə Xurşudbanu Natəvanın (1832-1897) 190 illik yubileyi münasibətilə iyunun 14-də AMEA-nın Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində beynəlxalq elmi konfrans keçiriləcək.

Ədəbiyyat Muzeyindən bildirilib ki, “Xan qızı Natəvan və Azərbaycan qadınının ədəbi-mədəni mübarizələri” adlı konfransa məqalələr aprelin 15-dək qəbul olunur.

Elmi konfransXurşudbanu Natəvanın mühiti, həyatı, ədəbi-mədəni irsi”, “Azərbaycanda, Yaxın və Orta Şərqdə ədəbi və musiqili məclislər ənənəsi”, “Qarabağın ədəbi-mədəni irsi bölgədə və Azərbaycan ətrafında cərəyan edən tarixi, ictimai-siyasi proseslərin kulturoloji salnaməsi kimi”, “Tarixi məzmunlu “Qarabağnamə”lər və ədəbi abidələrdəki Qarabağ həqiqətləri”, “Yaxın və Orta Şərq ədəbi-mədəni mühititarixi-siyasi proseslərdə yaradıcı və ictimai fəal qadınların yeri”, “Milli dövlətçilik ənənələri kontekstində Azərbaycan xanlıqları və Qarabağ xanlığı” mövzularını əhatə edir.

Məqalənin tərtib olunması qaydaları və şərtləri ilə Ədəbiyyat Muzeyinin internet səhifəsində tanış olmaq mümkündür.

 

Mədəniyyət.- 2022.- 12 yanvar.- S.3.