“Zəfər qəhrəmanları” sərgisi davan edir

 

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin “Orta əsr Ağsu şəhəri” Dövlət Tarix-Mədəniyyət Qoruğunda Qarabağ müharibəsinin şəhidlərinə və qazilərinə həsr olunan “Zəfər qəhrəmanları” sərgisi davam edir. İki aya yaxın müdətdə sərgiyə gələnlərin sayı min nəfəri ötüb.

“Zəfər qəhrəmanları” sərgisi qoruğun və “Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin birgə təşkilatçılığı ilə ötən il noyabrın 13-də açılıb və yanvarın 31-dək fəaliyyət göstərəcək. Sərgidə Birinciİkinci Qarabağ müharibəsinin şəhidləri və iştirakçılarına məxsus geyimlər, mülki və hərbi əşyalar, fotoşəkillər, sənədlər, medallarsair eksponatlar nümayiş olunur. Sərginin əsas hissəsi Ağsu rayonunun 44 günlük Vətən müharibəsində şəhid olmuş igidləri haqqındadır.

Orta əsr Ağsu şəhəri” Dövlət Tarix-Mədəniyyət Qoruğunun direktor müavini Şölə Bayramova sərginin yerli sakinlər, o cümlədən məktəblərin şagird və müəllimləri ilə yanaşı, Bakı, Kürdəmir, Naxçıvan və Sumqayıtdan gələn qonaqlar, şəhid ailələri, dövlət qurumlarının əməkdaşları tərəfindən ziyarət olunduğunu bildirib.

Sərgi çərçivəsində orta məktəblər üçün hazırlanmış xüsusi proqramlar icra olunub. Heykəltəraş Vüqar Quliyevin “Qarabağın tarixi abidələrini birlikdə quraq”, sənətşünas Səma Alməmmədli və bələdçi Xoşqədəm Əkbərlinin “Zəfər rəsmləri” mövzulu ustad dərsləri, qoruğun əməkdaşı Şəlalə Osmanlının təqdimatı ilə “Zəfər qəhrəmanları” mövzusunda esse yarışması, “Xançobanmusiqi qrupunun rəhbəri, xanəndə Ruslan Adıgözəlovun təqdimatı ilə muğam üzrə, fotoqraf Anar Həbibovun məktəblilərə foto və videoçəkilişlər üzrə ustad dərsləri kimi tədbirlər bu qəbildəndir.

 

Mədəniyyət.- 2022.- 12 yanvar.- S.4.