“Azərbaycanın alovları”
“Əl-Riyad” qəzeti Yanardağ
haqqında
Səudiyyə Ərəbistanının “Əl-Riyad” qəzetində “Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğu haqqında məqalə dərc edilib. Jurnalist Əbdürrəhman Sultanın “Azərbaycanın alovları” sərlövhəli məqaləsində Abşeron rayonunun Məmmədli kəndində yerləşən Yanardağ təbiət abidəsindən bəhs edilir.
Müəllif yazır: “Azərbaycana səfərimin ilk günündə dostlarıma müraciət edərək məni Yanardağa aparmağı xahiş etdim. Müxtəlif ölkələrdə maraqlı abidələr, möcüzələr və onların elmi əsasları ilə maraqlanan bir insan kimi bu məkan məni cəlb edirdi. Bakıdan təxminən yarım saata qədər yol gedəndən sonra bu əsrarəngiz qoruğa çatdıq. Bu sirli yer hələ 800 il əvvəl məşhur səyahətçi Marko Polonun diqqətini cəlb edib. Yanardağ sayəsində Azərbaycan “Odlar yurdu” kimi tanınıb”.
Ərazidə qoruğun
yaradıldığını diqqətə çatdıran
müəllif bildirir ki,
təbiət abidəsi Bakıya gələn əcnəbi turistləri
xüsusilə cəlb edir.
Mədəniyyət.- 2022.- 12
yanvar.- S.2.