“Euronews” Azərbaycanın
xalq mahnıları və rəqsləri
haqqında süjet hazırlayıb
Kökləri qədim zamanlara gedən Azərbaycan xalq rəqsləri çox rəngarəngdir. Onları həm şıltaq gözəlliyi, həm də ifadəli atletizmi ilə fərqləndirmək olar.
Bu fikirlər “Euronews” televiziyasının Azərbaycanın xalq mahnıları və rəqsləri haqqında süjetində yer alıb.
Süjetdə xalq rəqslərinin Azərbaycan mədəniyyətində xüsusi yer tutduğu vurğulanır. Qeyd edilir ki, 1938-ci ildə yaradılan Azərbaycan Dövlət Rəqs Ansamblı dünyanın müxtəlif ölkələrində çıxıb edib. Ansambl geyim, saç düzümü, qrim detallarına diqqətlə yanaşması ilə seçilir.
Rəqs müəllimi Saina Əhmədovanın sözlərinə görə, qadınların rəqs etdiyi havalar bir çox xüsusiyyətləri ilə fərqlənir. Burada bədənin yuxarı hissəsinin hərəkəti, baxışlar xüsusi əhəmiyyət kəsb edir: “Stəkanlarla rəqs bu özəlliklərdən biridir. Qızlar şərbətlə doldurulan stəkanla elə rəqs etməlidir ki, bir damcı da olsun, su yerə tökülməsin”.
Ansamblın rəhbəri Rüfət Xəlilzadə
kişilərin rəqsi barədə danışaraq deyib: “Azərbaycanda kişi
rəqsi dağın başında qanadlarını pərvazlandıraraq
uçmağa hazırlaşan qartalı
simvolizə edir. Rəqqaslar oynayarkən bəzi
elementləri barmaqlarının ucunda edir. Bu, çox
çətindir. Ümumiyyətlə, kişi
rəqsləri əsl idman
yarışmasını xatırladır.
İştirakçılar sanki bir-birlərilə
bəhsə girərək daha yuxarı tullanmağa, hərəkətləri daha sürətli etməyə
çalışırlar”.
Mədəniyyət.- 2022.- 12
yanvar.- S.1.