Əməkdar artist Novruz Qartal dünyasını dəyişib

 

Azərbaycan mədəniyyətinə itki üz verib. Azərbaycan Dövlət Akademik Musiqili Teatrının aktyoru, Əməkdar artist Novruz Əliyev (Novruz Qartal) yanvarın 8-də, 75 yaşında, uzun sürən xəstəlikdən sonra vəfat edib.

Novruz Yaqub oğlu Əliyev 1947-ci il martın 1-də anadan olub.1966-cı ildə Azərbaycan Dövlət İncəsənət İnsitutunun Musiqili komediya aktyorluğu fakültəsinə daxil olub. 1967-ci ildə Musiqili Komediya Teatrında (indiki Akademik Musiqili Teatr) fəaliyyətə başlayıb.

“Toy kimindirsəhnə əsərində Qoşun, “Durna”da Dursun, “Hicran”da Balaəmi, “Lənət şeytana”da İsrafil, “Özümüz bilərik”də İbişov, “Milyonçunun dilənçi oğlu”nda Xidmətçi, “Sevindik qız axtarır”da Tələbə, “Nənəmin şahlıq quşu”nda Qədim Qədimoviç digər rolları ilə tamaşaçıların rəğbətini qazanıb.

 

Aktyor bir müddət Xalq artisti Hacıbaba Bağırovun rəhbərlik etdiyiTənqid-Təbliğteatrında çalışıb. 1996-cı ildən yaradıcılıq fəaliyyətini yenidən indiki Akademik Musiqili Teatrda davam etdirib, teatrın səhnəsində maraqlı obrazlar silsiləsi yaradıb.

Sənətkar 2013-cü ildəƏməkdar artist” fəxri adına layiq görülüb.

Novruz Əliyev Akademik Musiqili Teatrda yeni quruluşda hazırlananBeşmanatlıq gəlintamaşasında rol alsa da, amansız xəstəlik premyerada oynamağı ona nəsib etməyib.

Aktyorun xatirəsi onu tanıyan sənətsevərlərin, həmkarlarının qəlbində yaşayacaq.

Əməkdar artist Novruz Əliyev yanvarın 9-da Gəncə şəhərindəİmamzadəqəbiristanlığında dəfn edilib. Vida mərasimində aktyorun sənət yoldaşları, şəhər İcra Hakimiyyətinin, Gəncə Regional Mədəniyyət İdarəsinin, Gəncə Dövlət Dram Teatrının əməkdaşları, ictimaiyyət nümayəndələri iştirak edib.

 

Allah rəhmət eləsin.

 

Mədəniyyət.- 2022.- 12 yanvar.- S.5.