Avtobus marşrutları açılır

 

 

Yolumuz Qarabağa

 

 

 

Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə yanvarın 24-dən etibarən ilk müntəzəm avtobus marşrutlarının açılması gözlənilir. İlkin mərhələdə ŞuşaAğdama avtobusların hərəkəti üçün şərait yaradılacaq. Bu istiqamətlərdə Bakı–Şuşa, Bakı–Ağdam, Əhmədbəyli (Füzuli rayonu) – Şuşa, Füzuli Beynəlxalq Hava Limanı – Şuşa və Bərdə–Ağdam marşrutları istifadəyə veriləcək.

Reyslər Əhmədbəyli–Şuşa marşrutu üzrə həftədə 4 dəfə, digər istiqamətlər üzrə 2 dəfə olmaqla təşkil ediləcək. Füzuli Beynəlxalq Hava Limanı – Şuşa avtobus marşrutunun fəaliyyəti təyyarə aviareysləri ilə uzlaşdırılacaq.

İşğaldan azad olunan ərazilərə səyahət etmək istəyənlər biletləri elektron qaydada əldə edə biləcəklər. Bu məqsədlə “yolumuzqarabaga.az” portalı yaradılıb. Bu işlər Elektron Hökumətin İnkişaf Mərkəzinə həvalə edilib.

Qeyd edək ki, məlumat bazasında hər bir sərnişinin bu ərazilərə girişləri üçün xüsusi icazəsi, həmçinin COVİD-19 əleyhinə peyvənd edilmələri barədə də məlumatlar avtomatik şəkildə əks olunacaq.

Marşrut avtobuslarının hərəkəti polislər tərəfindən müşayiət ediləcək. Mümkün mina təhlükəsi ilə bağlı ANAMA tərəfindən sürücülərə təlimlər keçirilib. Sərnişinlər üçün avtobuslarda videotəlimat nümayiş olunacaq.

 

Mədəniyyət.- 2022.- 19 yanvar.- S.4.