Tarixçi alimin yeni monoqrafiyası Türkiyədə nəşr
edilib
Ankarada Azərbaycan Dövlət Pedaqoji Universitetinin Tarix-coğrafiya fakültəsi Ümumi tarix və tarixin tədrisi texnologiyası kafedrasının müdiri, + Sevinc Əliyevanın “Şimali Qafqaz dövlətlərinin yaranması: Türkiyə və Azərbaycanın köməyindən Rusiyanın işğalına qədər (1918 – 1920)” adlı yeni monoqrafiyası işıq üzü görüb.
Əsər 1918-1920-ci illərdə Şimali Qafqazda müstəqil dövlətlərin yaranmasında Türkiyənin (Osmanlı dövlətinin) roluna həsr olunub.
Kitabda 1918-ci ildə Türkiyənin Azərbaycan Xalq Cümhuriyyətinə dəstəyi mövzusu geniş şəkildə tədqiq edilib. Geniş arxiv sənədləri əsasında Türkiyənin xarici siyasətinin məqsəd və vəzifələrini, Türkiyənin müxtəlif ictimai-siyasi təşkilatlarının maraqlarını, xarici siyasətin və geosiyasi maraqların regiona təsirini öyrənmək imkanı əldə edilib. Sözügedən sənədlər vasitəsilə Mudros barışığından sonra da türk zabit və əsgərlərinin və azərbaycanlı könüllülərin Şimali Qafqazdakı müsəlman qardaşlarına yardımını görmək mümkündür.
Monoqrafiyada Türkiyə ordusu ilə yanaşı türk və azərbaycanlı könüllülərin Şimali Qafqazdakı fəaliyyətləri, o dövrə aid xatirələrin, dövri mətbuatın və arxiv sənədlərinin analizi, Qafqaz xalqlarının və liderlərinin türklərə qarşı münasibəti diqqətli və əhatəli tədqiq edilib.
Tarix elmlər doktoru Sevinc
Əliyevanın tədqiqatları Rusiyada
– Moskvada, Kazanda, Rostovda, Qroznıda çap
olunub. Sözügedən monoqrafiya
müəllifin Türkiyədə çap
olunan ilk
kitabıdır.
Mədəniyyət.- 2022.- 22
yanvar.- S.7.