Lənkəran Dövlət Dram Teatrına yeni baş rejissor təyin edilib
Mədəniyyət naziri Anar Kərimovun
müvafiq əmri ilə Anar Sadıqov
Lənkəran Dövlət
Dram Teatrının baş
rejissoru vəzifəsinə
təyin olunub.
Teatrdan verilən
məlumata görə,
yanvarın 19-da Mədəniyyət
Nazirliyi nümayəndələrinin
iştirakı ilə
Anar Sadıqov kollektivə təqdim edilib.
Teatrın direktoru Tofiq Heydərov tədbirdə çıxış edərək
yeni baş rejissorun fəaliyyəti üçün hər cür dəstəyin göstəriləcəyini, yaradıcı
kollektivin Anar Sadıqov kimi perspektivli gənclərə
böyük ümid bəslədiyini bildirib. Anar Sadıqov
ona göstərilən
etimada görə minnətdarlığını ifadə edib.
2009-cu ildə Azərbaycan Dövlət Mədəniyyət
və İncəsənət
Universitetinin Rejissorluq
fakültəsini dram rejissoru
ixtisası üzrə
bitirən Anar Sadıqov Cəfər Cabbarlı adına İrəvan Dövlət
Azərbaycan Dram Teatrında,
Azərbaycan Dövlət
Akademik Musiqili Teatrında, Akademik Milli Dram Teatrında çalışıb.
Mədəniyyət.- 2022.- 22
yanvar.- S.4.