“Durna
çırağı” Triest
film festivalında
Azərbaycanlı rejissor Hilal Baydarovun “Durna çırağı” bədii
filmi İtaliyada
33-cü Triest Film Festivalının
proqramında yer alıb.
21-30 yanvar tarixində
keçirilən festivalın
məqsədi audiovizual
istehsal sahəsində
məlumatların yayılması,
müzakirə və əməkdaşlığı təşviq etməkdir. Hilal Baydarovun
filmi yanvarın 24-də
nümayiş olunacaq.
“Durna çırağı”
filmində hüquq təhsili olan qızla dörd qadını oğurlamaqda
ittiham edilən kişi arasında
münasibətdən bəhs
edilir. Filmdə Orxan İskəndərli, Elşən Abbasov, Hüseyn Nəsirov, Rəna Əsgərova, Aytəkin Mirişova, Məryəm Nağıyeva,
Nigar İsayeva, Səda Həsənova, Kamran Hüseynov və başqaları rol alıblar. Filmin bəstəkarı Kənan
Rüstəmlidir.
Qeyd edək
ki, film 2021-ci ildə
34-cü Tokio Beynəlxalq
Film Festivalında “İncəsənətə
töhfəyə görə”
xüsusi mükafata layiq görülüb.
Lalə
Mədəniyyət.- 2022.- 22
yanvar.- S.8.