Musiqi Mədəniyyəti Dövlət
Muzeyində anım mərasimi
Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində də Qanlı Yanvarın 32-ci ildönümü anılıb.
Yanvarın 19-da keçirilən tədbirdə muzeyin direktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova çıxış edərək 20 Yanvar faciəsi barədə danışıb. Muzeyin böyük elmi işçisi Əzirə Abdullayeva “Tariximizin qəhrəmanlıq səhifəsi Azərbaycan bəstəkarlarının yaradıcılığında” mövzusunda çıxış edib.
Sonra Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti, respublika və beynəlxalq müsabiqələrin laureatı Elşən Məmmədov (vokal), Azərbaycan Milli Konservatoriyasının tələbələri – beynəlxalq müsabiqələrin laureatları Hüseyn Nağıyev (kamança), Cəmalə Abdinzadə (fortepiano) və Əli Vahidovun (fortepiano) ifasında “20 Yanvar şəhidlərinin xatirəsinə ithaf” adlı konsert proqramı təqdim edilib.
Çıxışlar 20 Yanvar hadisələrini əks etdirən fotoslayd və videoçarxla müşayiət olunub.
Tədbir bəstəkar Rauf Əliyevin 20 Yanvar şəhidlərinin xatirəsinə həsr etdiyi “Azadlığa gedən yollar” adlı böyük simfonik orkestr və qarışıq xor üçün odasının videoyazısının nümayişi ilə başa çatıb.
Mədəniyyət.- 2022.- 22
yanvar.- S.6.