Bakı Uşaq və
Gənclər Teatrının tamaşası Mingəçevir
səhnəsində
Bakı Uşaq və Gənclər Teatrının tariximizin qan yaddaşına, zaman-zaman azərbaycanlılara qarşı törədilmiş soyqırımlarına həsr olunmuş “Qucaqla məni” tamaşası Mingəçevir Dövlət Dram Teatrında göstərilib. Tamaşanın nümayişi Mingəçevir Şəhər İcra Hakimiyyəti, Bərdə RMİ, Yevlax Regional Təhsil İdarəsinin dəstəyi ilə təşkil olunub.
Cəfər Cabbarlının “Əhməd və Qumru” hekayəsinin motivləri əsasında dramaturq Arzu Soltanın qələmə aldığı, Əməkdar artist İntiqam Soltanın səhnələşdirdiyi, canlı musiqinin müşayiəti ilə nümayiş olunan tamaşada rolları Əfruz Əliyeva və Ədalət Ağaverdiyev ifa ediblər. Tamaşa maraqla qarşılanıb.
Mədəniyyət.- 2023.- 5 aprel.-
S.4.