Şuşa haqqında kitab yeddi ölkədə nəşr edilib

 

Azərbaycanın mədəniyyət paytaxtı Şuşa haqqında kitab 7 xarici ölkədə – italyan, yunan, ərəb (İordaniyada), bolqar, latış, tacik və fransız dillərində nəşr edilib. UNESCO üzrə Azərbaycan Respublikası Milli Komissiyasının dəstəyi ilə ərsəyə gəlmiş kitabların artıq Roma, Sofiya, Əmman, Riqa və Düşənbə şəhərlərində təqdimatları keçirilib. Bu günlərdə Parisdə çapdan çıxan “Qafqazın mirvarisiŞuşa” kitabı fransızdilli oxucular üçün qədim qala-şəhərimiz haqqında ətraflı məlumat mənbəyi olacaq.

Təqdim edilən kitablarda Qarabağ xanlığının yaradılması, Azərbaycanın mədəniyyət paytaxtı, Qarabağın tacı olan Şuşanın qədim tarixi, mədəni və strateji əhəmiyyəti tədqiq edilir. Həmçinin nəşrlərdə Şuşa şəhərinin keçdiyi bütün tarixi mərhələlər əhatə edilir, Azərbaycanın ictimai-siyasi və mədəni həyatında mühüm xidmətlər göstərən və əslən Şuşadan olan ı görkəmli şəxsiyyətlər haqqında məlumat verilir. XX əsrin sonunda Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində Şuşanın işğalı zamanı şəhərdə mədəni soyqırımı siyasəti, xüsusilə tarixi-memarlıq abidələrinin erməni vandalizminə məruz qalması fotolarla diqqətə çatdırılır. Ümumilikdə nəşrlərdə qala-şəhərin işğaldan əvvəl, işğal vaxtı və sonrakı dövrünü əks etdirən çoxsaylı fotolar izahlı şəkildə təqdim edilib.

Kitablar Yunanıstan, Bolqarıstan, İordaniya, Tacikistanda Dövlət İdarəçilik Akademiyasının Qarabağ İrsini Araşdırma Mərkəzinin rəhbəri, siyasi elmlər doktoru, professor Elçin Əhmədovun müəllifliyi, İtaliyada professor Daniel Pommier Vinçelli, Latviyada professor Kaspars Klavinşdosent Nigar Sultanova, Fransada Jan-Mişel Brun ilə həmmüəlliflik əsasında nəşr edilib.

 

Mədəniyyət.- 2023.- 5 aprel.- S.4.