Siyasətdə və dövlətçilikdə
Heydər Əliyev zirvəsi
Ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə bölgələrdə konfrans, sərgi, konsert və s. tədbirlər keçirilir, böyük dövlət xadiminin xalqımız qarşısında xidmətləri minnətdarlıqla xatırlanır.
Daşkəsən Dövlət Rəsm Qalereyası, rayon Heydər Əliyev Mərkəzi, Mədəniyyət Mərkəzi, Uşaq incəsənət məktəbi, rayon İcra Hakimiyyəti, Təhsil Şöbəsi, Uşaq-gənclər inkişaf mərkəzi və Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə “Heydər Əliyev zirvəsi” adlı rəsm sərgisi keçirilib.
Masallı Rayon İcra Hakimiyyətinin təşəbbüsü, Masallı Tarix-Diyarşünaslıq Muzeyi və rayon Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə “Heydər Əliyev və Azərbaycan” mövzusunda tədbir keçirilib.
Ucar rayon Heydər Əliyev Mərkəzi və rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı, rayon Təhsil Şöbəsinin dəstəyi ilə “Heydər Əliyev irsinin təbliği yolları” adlı layihə çərçivəsində növbəti tədbir Qarabörk kənd Folklor evində gerçəkləşib.
Abşeron rayon Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə rayondakı N saylı hərbi hissədə “Ulu öndər Heydər Əliyev müasir Azərbaycan Ordusunun qurucusudur” mövzusunda tədbir keçirilib. Səsləndirilən musiqi nömrələri hərbçilərə xoş duyğular bəxş edib.
Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Abşeron rayonunda ağacəkmə aksiyası təşkil edilib. Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev və Sumqayıt RMİ-nin rəisi Rəşad Əliyevin də iştirak etdiyi aksiyada minə yaxın həmişəyaşıl ağac əkilib.
Biləsuvar rayon
Heydər Əliyev Mərkəzində “Heydər Əliyev və
azərbaycançılıq məfkurəsi” mövzusunda
konfrans təşkil olunub.
Çıxış edənlər Heydər Əliyevin
respublikamıza rəhbərlik etdiyi
dövrlərdə bütün sahələrdə
tərəqqiyə xidmət edən böyük
işlərə imza atmasından,
habelə ölkəmizdə tolerantlıq və azərbaycançılıq
ideologiyasının inkişafından danışıblar.
Mədəniyyət.- 2023.- 5 aprel.-
S.4.