1918-ci il qırğınları ilə bağlı tarixi materiallar toplusu nəşr olunub

 

 

Tarix üzrə elmlər doktoru, professor, AMEA-nın Şərqşünaslıq İnstitutunun baş elmi işçisi Solmaz Rüstəmova-Tohidinin rus dilindəQarabağ-Zəngəzur. 1918-ci il. Azərbaycan qırğınları sənədlərdəkitabı nəşr edilib.

NəşrAzərbaycan hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının sənədləriseriyasından növbəti topludur Azərbaycanın Qarabağ bölgəsində, Gəncə quberniyasının Şuşa, Cavanşir, Cəbrayıl Zəngəzur qəzasında törədilən qətliamları əhatə edir.

Sənədlər 1918-ci ilin iyulunda Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin yaratdığı Fövqəladə Təhqiqat Komissiyası tərəfindən tərtib edilib Birinci Dünya müharibəsinin başlanğıcından Cənubi Qafqaz ərazisində müsəlman əhaliyə onların əmlakına qarşı həyata keçirilən zorakılıq, soyqırımı talan faktlarını əhatə edir.

Bu topluda Fövqəladə Təhqiqat Komissiyasının “Gəncə quberniyasının Cəbrayıl qəzasının müsəlman kəndlərinin dağıdılması və ermənilərin onların sakinlərinə qarşı zorakılıqları haqqında”, “Cavanşir qəzasının Kalaki kənd cəmiyyətinin 12 müsəlman kəndinin ermənilər tərəfindən dağıdılması haqqında”, “Şuşa qəzasının müsəlman kəndlərinin ermənilər tərəfindən dağıdılması haqqında” və “Gəncə quberniyasının Zəngəzur qəzasına silahlı hücum və kəndlərinin dağıdılması haqqında” kimi materialları yer alıb. Sənədlər 1918-1919-cu illərdə Gəncə quberniyasının göstərilən qəzalarında Andranikin başçılığı altında erməni quldur dəstələrinin törətdiyi faciəli hadisələri nəzərdən keçirməyə imkan verir. Həmin hadisələrdə mindən çox dinc azərbaycanlı, o cümlədən qadınlar, uşaqlarqocalar vəhşicəsinə qətlə yetirilib, yüzlərlə kənd, evlər, məscidlər, mülki obyektlər dağıdılıb, yandırılıb, azərbaycanlılara məxsus əmlak talan edilib.

Toplunun dörd bölməsində sadalanan qəzaların sakinlərinin ifadələri türk-müsəlman əhaliyə qarşı qırğınların xronologiyasını yaratmaq, zərərçəkənlərin dəqiq sayını, qətlə yetirilənlərin cinsini, yaşını, adlarını, dəymiş ziyanın həcmini, dağıdılmış və viran qalmış kəndlərin adlarını və s. müəyyən etməyə imkan verir. Erməni birləşmələrinin cinayət əməllərini təfərrüatı ilə ifşa edən sənədlər sübut edir ki, Qarabağ və Zəngəzur hadisələri erməni millətçilərinin irihəcmli əməliyyatlarının və planlarının tərkib hissəsi olmaqla, bölgədə müsəlman əhalini azaltmaqla bu əraziləri Ermənistana birləşdirmək məqsədi güdürdü. Topluya həmçinin məsələnin tarixinə dair elmi oçerk, ətraflı yardımçı informasiya aparatı və fotoşəkillər daxil edilib.

 

Mədəniyyət.- 2023.- 5 aprel.- S.6.