İki səs, bir sevgi

 

Budapeştdə azərbaycanlı şairlərin şeir gecəsi

 

Aprelin 3-də Azərbaycanın Macarıstandakı Səfirliyində “İki səs, bir sevgi” adlı şeir gecəsi təşkil olunub.

Azərbaycanın Macarıstandakı səfiri Tahir Tağızadə giriş sözündə iki ölkə arasında mədəniyyət sahəsində mövcud əməkdaşlığın yüksək səviyyəsindən məmnunluğunu ifadə edib.

UNESCO üzrə Azərbaycan Respublikası Milli Komissiyasının dəstəyi ilə keçirilən tədbirdə Çexiyada yaşayan şairə və dramaturq Leyla Bəyim və YARAT Müasir İncəsənət Məkanında ictimai proqramların rəhbəri, şairə və tərcüməçi Ülviyyə Axundova müəllifi olduqları şeirləri səsləndiriblər. Budapeştdə yaşayan gənc azərbaycanlı pianoçu Sona Ağarzayeva öz ifası ilə poeziya gecəsini müşayiət edib.

Tədbirdə Macarıstanın dövlət qurumları, mətbuat, ictimai-siyasi, elmi və mədəni dairələrin, Macarıstanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, Macarıstandakı Azərbaycan diasporunun təmsilçiləri, Budapeşt şəhərində təhsil alan azərbaycanlı və əcnəbi tələbələr iştirak edib.

 

Mədəniyyət.- 2023.- 5 aprel.- S.8.