Azərbaycan Luvrdakı “Art Shopping” müasir incəsənət festivalında təmsil olunub

 

Parisdəki Luvr MuzeyininKarusel” (“Carrousel”) qalereyasında ənənəvi “Art Shopping” incəsənət festivalı təşkil edilib. 31 mart – 2 aprel tarixlərində gerçəkləşən festivalda ölkəmiz Heydər Əliyev Fondun təşkilatçılığı Azərbaycanın Fransadakı Səfirliyinin dəstəyi ilə yaradılan pavilyonla təmsil olunub. Azərbaycan incəsənət nümayəndələrinin əsərləri fransız, eləcə müxtəlif ölkələrdən sənətsevərlərin diqqət mərkəzində olub.

Pavilyonun təqdimatında Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva, “Carrousel” qalereyasının direktoru Miryam Annone Kastane (Myriam Annonay Castanet) qalereyanın kommersiya direktoru Stefan Boyson (Stephane de Boysson) çıxış ediblər.

Miryam Annone Kastane Azərbaycanla əməkdaşlıqdan məmnunluğunu bildirib, Heydər Əliyev Fonduna “Art Shopping” salonu ilə əməkdaşlıq təşəbbüsünə, heykəltəraş Elvin Nəbizadəyə rəssam Anar Hüseynzadəyə möhtəşəm əsərlərinə görə təşəkkür edib.

Səfir Leyla Abdullayeva Avropa Asiya arasında yerləşən Azərbaycanın zəngin mədəni irsindən söz açıb, ölkəmizin mədəniyyətinin beynəlxalq səviyyədə tanınması istiqamətində Heydər Əliyev Fondunun həyata keçirdiyi böyük layihələrdən danışıb. Bildirib ki, məhz Heydər Əliyev Fondunun təşəbbüsü ilə iki azərbaycanlı incəsənət nümayəndəsinin əsərləri “Art Shopping” festivalında nümayiş olunur.

Stefan Boyson Azərbaycanın müasir incəsənətindən söz açaraq, Bakıya səfərindən danışıb. Ölkəmizdə sənətə yüksək qiymət verildiyini bildirərək, istedadlı azərbaycanlı rəssamlar, nadir müasir incəsənət əsərləri haqqında məlumat verib.

Azərbaycan pavilyonunun ziyarətçiləri heykəltəraş Elvin Nəbizadənin 2017-ci ildə Venesiya Biennalesi üçün yaratdığı Heydər Əliyev Fondu tərəfindən Luvrdakı “Art Shopping” festivalında nümayiş olunmaq üçün seçilmişBir günəş altındaadlı müasir instalasiyasını heyranlıqla seyr ediblər.

Müəllif ziyarətçilərin suallarına cavab olaraq bildirib ki, göy qurşağı formasında 44 sazdan ibarət instalyasiya Azərbaycanda multikulturalizminölkədə yaşayan müxtəlif millətlərin xalqların birliyinin, onlara qarşı tolerantlıq hörmətin simvoludur.

Azərbaycan pavilyonunun ziyarətçiləri rəssam Anar Hüseynzadənin tablolarını seyr ediblər. Xarici ziyarətçilər azərbaycanlı rəssamın əsərləri vasitəsilə qədim İçərişəhər, onun özünəməxsus dar küçələri, doğma Abşeronla tanış olublar.

A.Hüseynzadənin simvolizm qrupundan olan rəsm əsərləri qeyri-adi yanaşmada olan natürmort portretlərlə təqdim olunur. OnunKosmosseriyasından olan əsərləri ilk dəfə bu salonda tamaşaçılara təqdim olunub.

Qeyd edək ki, Azərbaycanın “Carrousel Art Shopping” festivalında iştirakı çərçivəsində instaqram sosial şəbəkəsindəFransada Azərbaycan müasir incəsənətimövzusuna həsr olunmuş səhifə yaradılıb. Həmçinin rəssam Anar Hüseynzadə tərəfindən ustad dərsləri keçirilib.

 

Mədəniyyət.- 2023.- 5 aprel.- S.8.