Vətəndaşların müraciətləri
dinlənilib
Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən, martın 31-də Azərbaycan Respublikasın mədəniyyət nazirinin birinci müavini, nazir vəzifəsini icra edən Adil Kərimli tərəfindən Biləsuvar şəhərindəki Heydər Əliyev Mərkəzində vətəndaşların qəbulu keçirilib.
Qəbuldan öncə Ümummilli lider Heydər Əliyevin Biləsuvar şəhərində ucaldılmış abidəsi önünə gül dəstələri qoyularaq xatirəsi ehtiramla yad edilib.
Sonra Heydər Əliyev Mərkəzinə baxış keçirilib, mərkəzdə yaradılan şəraitlə tanışlıq olub.
Qəbulda Biləsuvar, Salyan, Neftçala və Cəbrayıl rayonlarından ümumilikdə 48 vətəndaş iştirak edib. Vətəndaşların müraciətləri əsasən işlə təmin olunma, fəxri adın verilməsi, mədəniyyət sahəsi ilə bağlı təkliflərdən ibarət olub.
Görüşdə hər bir vətəndaşın müraciətinə həssaslıqla yanaşılması, diqqətlə araşdırılması və qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli barədə struktur rəhbərlərinə müvafiq tapşırıqlar verilib.
Qaldırılan məsələlərə
vaxtında və obyektiv baxılması məqsədilə
hər bir müraciət qeydiyyata
alınaraq xüsusi nəzarətə götürülüb.
Mədəniyyət.- 2023.- 5 aprel.-
S.4.