“Heydər Əliyevin irsini
öyrənirik”
Azərbaycan Milli Xalça Muzeyində Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatı tərəfindən Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Biz Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin elmi-siyasi irsini öyrənirik” adlı məktəbin növbəti görüşü keçirilib.
“Milli mədəniyyətimiz Heydər Əliyev ideyalarından güc alır” mövzulu tədbirdə YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev, Milli Xalça Muzeyinin direktoru Şirin Məlikova, “Azərxalça” ASC-nin istehsalat üzrə direktoru Əlisəfa Nuriyev çıxış ediblər.
Görüşə qatılan gənclər üçün ekskursiya təşkil olunub, onlara muzeyin tarixi, fəaliyyəti, kolleksiyaları haqqında ətraflı məlumat verilib.
Sonda qonaqlar Əməkdar rəssam, heykəltəraş Aslan Rüstəmovun iştirakı ilə onun müəllifi olduğu “Xalçanın kosmik poetikası” rəsm əsəri (2020-ci il) əsasında toxunmuş xalçanın dəzgahdan kəsim mərasimini izləyiblər.
Milli Xalça Muzeyi
müasir rəssamlarla sıx əməkdaşlıq
edir və Ənənəvi texnologiya şöbəsində onların əsərləri
əsasında xalçalar
yaradılır. Əməkdar mədəniyyət işçisi Şirin Məlikovanın
ideya müəllifi olduğu
“Xalçanın kosmik poetikası” rəsm
əsəri əsasında hazırlanmış xalça da belə
nümunələrdəndir. Xalçanın kompozisiyası göy cisimlərinin stilizə olunmuş
təsvirindən ibarətdir. Rəssamın fikrincə, xalçada olan bu təsvirlər yaradıcı şəxsin əhatə
olunduğu real həyatdan
götürülüb. Ancaq
onun təxəyyülünə uyğun bədii stilizasiyaya
uğrayıb, gerçəkliyi özündə əks etdirən
xüsusi naxış dilinə çevrilib. 8 müxtəlif rəngli yun iplərdən toxunmuş
xalçanın texniki eskizinin
müəllifi Sevinc Əliyevadır.
Mədəniyyət.- 2023.- 7 aprel.-
S.3.