Azərbaycanın İpək Yolu irsi UNESCO-da nümayiş etdirilir

 

Parisdə təşkilatın İpək Yolları Proqramının 35 illiyi qeyd olunub

                               

UNESCO-nun İpək Yolları Proqramının 35 illiyi aprelin 6-da, Parisdə qurumun mənzil-qərargahında qeyd edilib. Tədbir proqramın iştirakçılarından Azərbaycan, Çin, Qazaxıstan, Monqolustan və Omanın UNESCO yanında daimi nümayəndəlikləri tərəfindən təşkil edilib.

Yubiley tədbiri “İpək Yolu – müxtəliflik, dialoqsülh” adlı beynəlxalq forumla başlayıb. Foruma təşkilatçı ölkələrin rəsmiləri, UNESCO yanında daimi nümayəndələr, ekspertlər qatılıblar. Azərbaycanı forumda mədəniyyət nazirinin müavini Səadət Yusifova, UNESCO yanında daimi nümayəndə Elman Abdullayev, daimi nümayəndəliyin diplomatı Nahid Ömərov təmsil ediblər.

Mədəniyyət nazirinin müavini Səadət Yusifova çıxış edərək ölkəmizin İpək Yolunun bərpasına verdiyi önəmdən və töhfələrdən söz açıb. Bildirib ki, Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 1998-ci ildə Bakı “TRACECA – tarixi İpək Yolunun bərpası” adlı Zirvə toplantısına ev sahibliyi edibbu toplantıda “Avropa-Qafqaz-Asiya dəhlizinin inkişafı üzrə beynəlxalq nəqliyyat haqqında çoxtərəfli saziş imzalanıb. Həmin sazişlə İpək Yolu yenidən canlandırılıb. 2017-ci ildə Azərbaycanın təşəbbüsü ilə reallaşan Bakı-Tbilisi-Qars dəmiryolu xətti Çindən Avropaya qədər mədəniyyətlərarası əməkdaşlığın inkişafına da böyük töhfədir.

Azərbaycanın İpək Yolunu daha da inkişaf etdirmək üçün yeni təkliflər irəli sürdüyünü diqqətə çatdıran Səadət Yusifova Prezident İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilməkdə olan Orta Dəhliz layihəsinin potensialını qeyd edibonun İpək Yolunun daha da genişlənməsinə böyük töhfələr verəcəyini bildirib. Qeyd edilib ki, Azərbaycanın yenidən dirçəldilən Qarabağ regionu İpək Yolunun inkişafına müsbət təsir göstərəcək.

Səadət Yusifova Azərbaycan Mədəniyyət Nazirliyinin UNESCO-nun İpək Yolları Proqramında fəal iştirak etdiyini, onu dəstəklədiyini qeyd edib. Ölkəmizin UNESCO-nun Dünya İrs Komitəsi, eləcə də təşkilatın Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsi çərçivəsində İpək Yolu ölkələri ilə sıx əməkdaşlıq etdiyi  diqqətə çatdırılıb.

Vurğulanıb ki, dünyəvi ölkə olan Azərbaycan mədəniyyətlərarası dialoqa böyük töhfələr verir, Azərbaycanın tolerantlıq mühiti dünya ölkələrinə nümunə kimi göstərilir. Nazir müavini Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə 2008-ci ildə irəli sürülən və ötən müddətdə mədəniyyətlər və dinlər arasında dialoq sahəsində mühüm platformaya çevrilən “Bakı Prosesi” barədə də danışıb, Azərbaycanın 2021-ci ildə irəli sürdüyü “Mədəniyyət naminə sülh” layihəsinə toxunub.

Qeyd edib ki, İpək Yolu mədəniyyəti dünyanın ən qədim və zəngin xəzinəsi kimi böyük əhəmiyyət daşıyır. Müxtəlifliyi, dialoqusülh dəyərlərini təşviq etmək üçün UNESCO-nun İpək Yolları Proqramı daha da inkişaf etdirilməli və bu dəyərlər gələcək nəsillərə ötürülməlidir.

Forum digər ölkələrdən olan nümayəndələrin, ekspertlərin çıxışı ilə davam edib.

Qeyd edək ki, forumun məqsədi UNESCO-nun İpək Yolu proqramının mədəniyyətlərarası dialoqunsülh mədəniyyətinin qurulmasına töhfələrini qiymətləndirmək, indiki qlobal kontekstdə mədəniyyətlərarası dialoq və mədəni müxtəliflik üzrə bacarıqların inkişafı üçün proqramın istiqamət və məqsədlərin bir daha nəzərdən keçirməkdir.

Öz İpək Yolunu Azərbaycanda tap!”

Forum çərçivəsində UNESCO qərargahının foyesində İpək Yolu irsini əks etdirən sərgi açılıb. Mərasimdə UNESCO baş direktorunun müavini Qabriela Ramos, Çin Azərbaycanın UNESCO yanında daimi nümayəndələri çıxış edərək İpək Yolunun əhəmiyyətindən, UNESCO proqramı çərçivəsində həyata keçirilmiş layihələrdən bəhs ediblər.

Sonra tədbir iştirakçıları sərgi ilə tanış olublar. Sərgidə Azərbaycanın İpək Yolu irsi Dövlət Turizm Agentliyi tərəfindən nümayiş olunur ölkəmizin turizm potensialının inkişafı məqsədilə yeni “Find your own Silk Road in Azerbaijan!” (“Öz İpək Yolunu Azərbaycanda tap!”) şüarı altında təqdim edilir.

Sərgidə Azərbaycanın İpək Yolu üzərində yerləşən digər ölkələrin mədəni irs elementləri ilə oxşar eyni tərəflərini vurğulayan nümunələr, bu oxşarlığı özündə əks etdirən çoxsaylı abidələr haqda məlumatlar, həmçinin sənətkarlıq, musiqi mətbəx elementləri nümayiş olunur.

 

***

Tədbir çərçivəsindəGənclərin İpək Yoluna baxışıfotomüsabiqəsinin təqdimatı da olub. İpək Yolu boyunca bilik bacarıqların mübadiləsinə həsr olunmuş qısametrajlı film nümayiş olunub.

Tədbirİpək Yolunda gənclərin tədqiqat təqaüdümövzusunda elmi simpoziumla davam edib. Simpozium gənc tədqiqatçıları UNESCO-nun “İpək Yolugənclərin tədqiqat təqaüdünün birinci nəşrinin benefisiarlarını bir araya gətirib.

Sonda iştirakçı ölkələrin incəsənət nümayəndələrinin konsert proqramı təqdim olunub.

Qeyd edək ki, UNESCO-nun İpək Yolları Proqramı 1988-ci ildəİpək Yolunun inteqral tədqiqatı, dialoq yollarıadlı elmi ekspedisiya, sahə araşdırmaları konfranslar vasitəsilə Şərq Qərb xalqları arasında mədəni qarşılıqlı əlaqələri işıqlandıran təşəbbüslə başlayıb. Proqramın 2012-ci ildə başlanan ikinci mərhələsində biliklərin inkişafı, səfərbərliyi yayılması, tərəfdaşlıq şəbəkənin qurulması, gənclərin səlahiyyətlərinin artırılması kimi üç əsas sahəyə diqqət yetirilib.

Onu da əlavə edək ki, Dövlət Turizm Agentliyi Azərbaycanın İpək Yolu irsi üzərindən turizm potensialının gücləndirilməsi məqsədilə inkişaf planı hazırlayıb. Plan üzrə Azərbaycanın mədəni irs elementləri üzərindən İpək Yolu mövzusunda müxtəlif turizm məhsullarının hazırlanması, regional İpək Yolu mərkəzlərinin yaradılması kimi tədbirlər nəzərdə tutulub.

 

Mədəniyyət.- 2023.- 7 aprel.- S.1;3.