Xalçalarda quş təsvirləri və Çin heroqlifləri xəttatlığı

 

Xalça Muzeyində mühazirə, İncəsənət Muzeyində ustad dərsi

 

Azərbaycan Milli Xalça Muzeyində “Azərbaycanın qədim incəsənət nümunələrində və XIX-XX əsrlərə aid xalçalarında quş təsvirləri” adlı mühazirə keçirilib.

Muzeydən bildirilib ki, mühazirə sənətşünaslıq üzrə fəlsəfə doktoru Səltənət Rzayeva tərəfindən təqdim olunub.

Mühazirədə Tunc və Dəmir dövrlərinə aid metal, keramika məmulatlarının, həmçinin xalçalarımızın üzərindəki quş təsvirləri, onların daşıdığı mənalar barədə ətraflı məlumat verilib.

***

Azərbaycan Milli İncəsənət Muzeyində “Çin incəsənəti Azərbaycan Milli İncəsənət Muzeyinin kolleksiyasından” adlı sərgi çərçivəsində “Xəttatlıq sənəti” adlı ustad dərsi keçirilib.

İlk olaraq iştirakçılara Çin yazısının tarixi, heroqliflərin mənşəyi və xəttatlığın əsas qaydaları ilə bağlı məlumat verilib.

Sonra heroqliflərin fırça ilə yazılması üzrə xəttatlığa dair ustad dərsləri keçirilib.

Xatırladaq ki, martın 29-da açılışı olan sərgi Milli İncəsənət Muzeyinin, Azərbaycan Mədəniyyət NazirliyininÇin Xalq Respublikasının ölkəmizdəki səfirliyinin birgə təşkilatçılığı ilə ərsəyə gəlib. İyunun 30-dək davam edəcək sərgi təkcə tarixi eksponatlar toplusu deyil, həm də ziyarətçilərin Çin xalqının mədəniyyəti və adət-ənənələri ilə yaxından tanış olması üçün bir fürsətdir.

 

Mədəniyyət.- 2023.- 12 aprel.- S.6.