Fransalı arxeoloqun Azərbaycanda
apardığı tədqiqatlarla bağlı kitab
Fransalı arxeoloq Jak de Morqanın 1896-cı ildə Azərbaycanın cənub bölgəsində apardığı tədqiqatların nəticələri ilə bağlı Parisdə nəşr etdirdiyi “Arxeoloji tədqiqatlar” kitabı fransız dilindən Azərbaycan dilinə tərcümə olunub. Kitab AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun böyük elmi işçisi tarix elmlər doktoru Tufan Axundovun və Dilçilik İnstitutunun aparıcı elmi işçisi filologiya üzrə fəlsəfə doktoru, dosent Gülşən Axundovanın redaktəsi ilə çap olunub.
AMEA-dan bildirilib ki, kitabın tərcüməçisi İxtiyar Murtuzayev, nəşrin layihə rəhbəri Cabbar Əliyev, naşiri Akif Dənzizadədir.
Kitabda müəllif gördüyü işləri addım-addım təsvir edir, əldə edilmiş materialların təsnifatını verir. Bununla yanaşı, o, tədqiq etdiyi ərazinin tarixi inkişafı haqqında mülahizələr yürüdür, özünün çəkdiyi çoxlu sayda fotoları, rəsmləri, tərtib etdiyi sxemləri və xəritələri əlavə etməklə maraqlı məlumatlar təqdim edir.
Yeni nəşr arxeoloqlar, etnoqraflar,
tarixçilər, sənətşünaslar, eləcə də
qədim dövr tarixi
və mədəniyyəti ilə maraqlanan
geniş oxucu kütləsi
üçün nəzərdə tutulub.
Mədəniyyət.- 2023.- 12 aprel.- S.6.