Rusiya kinosu
günləri “Berlin üzərində qanadlar”la başa
çatıb
Xəbər verdiyimiz kimi, 5-8 aprel tarixlərində Bakıda Rusiya kinosu günləri keçirilib. Proqramda bədii, sənədli və animasiya filmləri yer alıb. Filmlər Nizami Kino Mərkəzində və Beynəlxalq Muğam Mərkəzində nümayiş olunub.
Rusiya kinosu günləri Nizami Kino Mərkəzində rejissor
Konstantin Buslovun “1941. Berlin üzərində qanadlar”
filminin nümayişi
ilə başa çatıb.
Nümayişdən əvvəl Bakıdakı
Rus Evinin (Rusiya İnformasiya-Mədəniyyət
Mərkəzi) rəhbəri
İrek Zinnurov, Rusiyanın Azərbaycandakı
Səfirliyinin birinci katibi Pavel Kuznetsov
tamaşaçıları salamlayıblar. Layihənin prodüseri Rusiya
Federasiyasının Əməkdar
mədəniyyət işçisi
Yelena Lebedeva rusiyalı
artist və prodüserlərdən
ibarət nümayəndə
heyətini təqdim edib.
Sonra “1941. Berlin üzərində qanadlar”
filmi nümayiş olunub. 2022-ci ildə ekranlara çıxan film
1941-ci ilin avqustunda
DB-3 sovet bombardmançı
təyyarələrinin bir
dəfəyə 1800 km qət
edərək Almaniyanın
hava məkanına daxil olması və Berlini bombalaması haqqındadır.
Nümayişdən sonra teatr və
kino artisti Andrey Xarenko ekran əsərinin yaradılması barədə
söhbət açıb.
Qeyd edək ki, Bakıda
Rusiya kinosu günləri “ELS prodakşn”
prodüser mərkəzinin
təşkilatçılığı,
RF Xarici İşlər
Nazirliyi, Azərbaycanın
Mədəniyyət Nazirliyi,
Rusiyanın Azərbaycandakı
Səfirliyi, Bakıdakı
Rus Evi və
digər qurumların dəstəyi ilə reallaşıb.
Mədəniyyət.- 2023.- 12 aprel.- S.8.