Bədii təhsil üzrə məktəb və mərkəzlərə işə qəbulla bağlı müsabiqə və müsahibələr keçiriləcək

 

Mədəniyyət Nazirliyinin müvafiq əmri ilə “Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən uşaq musiqi, incəsənət, rəssamlıq, muğam, aşıq məktəb və mərkəzlərinə direktorların, direktor müavinlərinin və müəllimlərin işə qəbulu Qaydaları” təsdiq edilib. Qaydalara əsasən, məktəb və mərkəzlərə direktorların, tədris işləri üzrə direktor müavinlərinin və müəllimlərin işə qəbulu müsabiqə əsasında həyata keçirilir. Müsabiqə test imtahanından və müsahibədən ibarət olmaqla iki mərhələdə təşkil olunur. Müsabiqələrin test imtahanı və müsahibə proqramları ilə nazirliyin saytındakı “Elanlar” bölməsində müvafiq link vasitəsilə tanış olmaq olar.

Qaydalara müvafiq olaraq, Mədəniyyət Nazirliyinin tabeliyindəki məktəb və mərkəzlərdə müddətsiz əmək müqaviləsi ilə işləyən direktorların, tədris işləri üzrə direktor müavinlərinin və müəllimlərin işə qəbulla bağlı müsabiqə şərtləri fərqli olan ərazilər üzrə (digər ərazilərdən Bakı şəhərinə, hər hansı bir rayondan Abşeron rayonuna, Gəncə və Sumqayıt şəhərlərinə) yerdəyişməsi müsahibə yolu ilə həyata keçirilir.

Müsabiqə və müsahibələrin keçirilməsi barədə əlavə məlumat veriləcək.

 

Mədəniyyət.- 2023.- 12 aprel.- S.3.