Əməkdar incəsənət xadimi Nərgiz Şəfiyevanın xatirəsi anılıb

 

Aprelin 7-də Azərbaycan Bəstəkarlar İttifaqında (ABİ) bəstəkar, musiqişünas, Əməkdar incəsənət xadimi Nərgiz Şəfiyevanın (1940-2020) xatirəsinə həsr olunmuş tədbir keçirilib.

ABİ-nin sədri Xalq artisti, professor Firəngiz Əlizadə giriş sözündə Nərgiz Şəfiyevanın  çoxcəhətli yaradıcılığından danışıb, onun Qara Qarayevin istəkli tələbələrindən biri olduğunu, işinə məsuliyyətini, insani keyfiyyətlərini xüsusi qeyd edib.

Əməkdar mədəniyyət işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Səadət Təhmirazqızı Nərgiz Şəfiyevanın “Qara Qarayev tələbələrinin xatirəsində” kitabından bəhs edib. ABİ-nin katibi Əməkdar incəsənət xadimi, professor Zemfira Qafarova, musiqişünas professor, Əməkdar incəsənət xadimi Fəttah Xalıqzadə Nərgiz Şəfiyevanın həyat və  yaradıcılığının müxtəlif məqamlarına diqqət çəkiblər, onun kökü ilə bağlı olduğu Şuşa, Qarabağ xatirəli söhbətlərini yada salıblar.

Qeyd edilib ki, N.Şəfiyeva 1957-ci ildə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyası nəzdində onillik musiqi məktəbini bitirdikdən sonra konservatoriyanın Musiqi nəzəriyyəsi fakültəsinə daxil olub. Bir ildən sonra burada oxumaqla yanaşı, bəstəkarlıq şöbəsinə də qəbul edilib və 1958–1964-cü illərdə dahi bəstəkar Qara Qarayevin sinfində təhsil alıb. Eyni vaxtda iki fakültədə oxuyan N.Şəfiyeva musiqişünaslığın, bəstəkarlığın sirlərini dərindən mənimsəyib. 1962-ci ildə Moskvada gənc bəstəkarların ümumittifaq müsabiqəsində birinci dərəcəli diploma layiq görülüb.

O, fortepiano üçün prelüdlər, silsilə pyeslər, sonatina, sonata, fortepiano üçünSkertso”, böyük simfonik orkestr üçünMusiqi”, “Gün gələr, həftə keçər” silsiləsi (Azərbaycan xalq muğamları əsasında), violonçel, fleytaarfa üçünDamlalar”, “Mahnı dağlarda qaldı” instrumental kompozisiyas. əsərlərin müəllifidir. Uzun illər pedaqoq kimi də çalışıb, Bakıdakı 2 saylı yeddiillik uşaq musiqiBülbül adına Orta İxtisas Musiqi məktəblərində musiqi nəzəriyyəsi və bəstəkarlıq fənlərindən dərs deyib, “Azərbaycan ladları” dərs vəsaitləri və tövsiyələri, “Qara Qarayev tələbələrinin xatirəsində” toplusunu hazırlayıb nəşr etdirib. Bəstəkar və musiqişünas ABİ-nin fəaliyyətində yaxından iştirak edib. 2015-ci ildə musiqi sahəsindəki xidmətlərinə görə “Əməkdar incəsənət xadimi” fəxri adına layiq görülüb.

Nərgiz Şəfiyeva 2020-ci il aprelin 8-də vəfat edib.

Anım tədbirinin musiqili hissəsində Xalq artisti Ülviyyə Hacıbəyova bəstəkarın fortepiano üçün “6 prelüdsilsiləsini Qara QarayevinEskizəsərini səsləndirib. Əməkdar artist Anar Şuşalı N.Şəfiyevanın Hafiz ŞirazininSoruşma” qəzəlinə yazdığı “Hafizi anarkən” romansını konsertmeyster Təranə Məmmədovanın müşayiəti ilə ifa edib.

 

Mədəniyyət.- 2023.- 12 aprel.- S.6.