Muzey işinə həsr olunan seminar

 

Naxçıvan MR Mədəniyyət Nazirliyinin təşkilatçılığı iləNaxçıvanqalaTarix-Memarlıq Muzey Kompleksində muzey işinin təşkilinə həsr olunan seminar-treninq keçirilib.

Nazirliyin şöbə müdiri Gülbuta Babayeva muzey muzeytipli müəssisələrdə uçot mühafizə sahəsində əsas işin muzey fondlarının tərkibinin düzgün müəyyən edilməsindən başladığını diqqətə çatdırıb.

SonraNaxçıvanqalakompleksinin baş fond mühafizi Murad Nəcəfzadənin məruzəsi dinlənilib. Məruzədə ölkəmizdə muzeyşünaslığın təşəkkül tapması, muzeylər şəbəkəsinin yaradılmasından, “Naxçıvanqalakompleksindəki eksponatların tarixindən bəhs olunub. Bildirilib ki, hər bir muzey öz profilinə uyğun muzey əşyası toplamalıdır.

İştirakçıların sualları cavablandırılıb, mövzu ilə bağlı müzakirə aparılıb. Sonda muzeyin ekspozisiyasına baxış olub.

 

Mədəniyyət.- 2023.- 14 aprel.- S.4.