“Şuşa
ziyalıları: unudulmuş irs” və “Azərbaycan mətbuatı: gizli nəşrlər”
Yeni kitabların təqdimatı olub
Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsi və Azərbaycan Mətbuat Şurasının birgə təşkilatçılığı ilə BDU-nun Milli mətbuat tarixi kafedrasının professoru, tarix elmləri doktoru Nəsiman Yaqublunun yeni nəşr edilmiş “Şuşa ziyalıları: unudulmuş irs” və “Azərbaycan mətbuatı: gizli nəşrlər” kitablarının təqdimat mərasimi olub.
Mətbuat Şurasının sədri Rəşad Məcid və idarə heyəti üzvlərinin, tədqiqatçı və jurnalistlərin, müəllim-tələbə heyətinin iştirak etdikləri tədbirdə fakültənin dekanı, Mətbuat Şurasının sədr müavini Vüqar Əliyev təqdim olunan kitablarla bağlı fikirlərini bildirib.
Professor Nəsiman Yaqublu
kitablar haqqında məlumat verib. Qeyd edib ki, “Şuşa ziyalıları:
unudulmuş irs” kitabında Əhməd bəy Ağaoğlu, Ceyhun Hacıbəyli, Hilal Münşi kimi görkəmli ziyalıların yazıları
toplanıb. “Azərbaycan
mətbuatı: gizli nəşrlər” kitabında
isə ilk dəfə
olaraq çar Rusiyası və sovet rejimi dövründə
qadağan edilmiş Azərbaycan mətbuatı
nümunələri (qəzetlər,
jurnallar, kitablar) oxuculara təqdim olunur.
Digər çıxış edənlər
tarixi arxiv materialları əsasında
işlənmiş həmin
kitabların mətbuat
tarixinin inkişafındakı
önəmindən bəhs
ediblər.
Mədəniyyət.- 2023.- 14 aprel.- S.7.