“Nağıllar aləminə səyahət” – məktəblilərin xeyriyyə tamaşası

 

Paytaxtdakı 220 nömrəli məktəb-liseyin şagirdlərinin hazırladığı “Nağıllar aləminə səyahət” adlı xeyriyyə tamaşası nümayiş olunub.

Azərbaycan xalq nağılları və dünya ədəbiyyatı nümunələri əsasında ərsəyə gətirilən səhnə işi Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) təşəbbüsü ilə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında təqdim edilib.

Tamaşanı Prezident Administrasiyası Humanitar siyasət, diaspora, multikulturalizmdini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, elm və təhsil naziri Emin Əmrullayev, millət vəkilləri, BŞTİ-nin müdiri Mehriban Vəliyeva, “YAŞAT” Fondunun sədr müavini Rəbiyyə Cəfərova, şəhid ailələrinin üzvləri və  məktəblilər izləyiblər.

Humanizm və ümumbəşəri dəyərlərin təbliğ olunduğu tamaşanın əsas məqsədi nağıl qəhrəmanlarının dili ilə dünya uşaqlarının sülh, əmin-amanlıq şəraitində yaşamaq istəyini, dostluğa və sülhə çağırış mesajlarını çatdırmaqdan ibarətdir.

İnklüziv sinif şagirdlərinin də iştirak etdiyi tamaşanın nümayşindən əldə olunan vəsait “YAŞAT” Fonduna köçürülüb.

 

Mədəniyyət.- 2023.- 14 aprel.- S.5.