“Mən peyğəmbər deyiləm...”
Aprelin 18-də Beynəlxalq Muğam Mərkəzində “BakuOperArt” layihəsi çərçivəsində böyük rus bəstəkarı Sergey Raxmaninovun kamera-vokal lirikası axşamı keçiriləcək. Qeyd edək ki, bu il bəstəkarın anadan olmasının 150 illiyi geniş qeyd olunur.
Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinin mətbuat
xidmətindən bildiriblər ki, “Mən
peyğəmbər deyiləm...” adlı musiqi
layihəsinin rəhbəri pianoçu Yuliya Kərimova digər sənətçilər
– Əməkdar artistləri Fəridə Məmmədova (soprano), İlham Nəzərov
(kontratenor) və Mahir
Tağızadə ilə (bariton) bərabər
Sergey Raxmaninovun poeziya və musiqinin ahəngində
ruhun səmimiliyinə çevrilən böyük bədii dünyası barədə
öz təsəvvürlərini dinləyicilərə
təqdim edəcəklər.
Mədəniyyət.- 2023.- 14 aprel.- S.5.