Fikrət Əmirov haqqında film Bakıdakı Rus Evində
nümayiş olunub
Aprelin 11-də Bakıdakı Rus Evində dünya şöhrətli Azərbaycan bəstəkarı, SSRİ Xalq artisti, Dövlət mükafatları laureatı Fikrət Əmirovun 100 illik yubileyi münasibətilə lentə alınmış filmin nümayişi olub.
Tədbirdə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin və diplomatik korpusun nümayəndələri, incəsənət xadimləri iştirak ediblər.
Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov qonaqları salamladıqdan sonra Xalq artisti, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının sədri Şəfiqə Məmmədova filmlə bağlı düşüncələrini bölüşüb.
Fikrət Əmirovun qızı Sevil Əmirova atasının xatirəsinə göstərilən ehtirama görə tədbirin təşkilatçılarına və rejissora təşəkkür edib.
Filmin rejissoru Xalq artisti Vaqif Mustafayev Fikrət Əmirovun ailəsinə ekran işinin ərsəyə gəlməsində göstərdiyi köməkliyə, arxiv materiallarını təqdim etdiyinə görə minnətdarlığını bildirib.
Çıxışlardan sonra film nümayiş olunub. Böyük musiqi xadiminin
həyat və yaradıcılığına həsr
olunmuş ekran işi maraqla qarşılanıb.
Qeyd edək
ki, film Mədəniyyət
Nazirliyinin sifarişi ilə 2022-ci ildə lentə alınıb. Həmin ilin
19 dekabr tarixində Heydər Əliyev Sarayında ilk nümayişi
keçirilib. Bədii-sənədli
filmin ssenari müəllifi və rejissoru Vaqif Mustafayev, operatoru Orxan Abbasov, quruluşçu rəssamı
Quram Navrozaşvili, səs rejissoru Sergey Netrunenko, məsləhətçisi
Cəmil Əmirov, montaj rejissoru Əsgər Rəhimov, prodüseri Nazim Hüseynovdur.
Mədəniyyət.- 2023.- 14 aprel.- S.5.