Mingəçevir Dövlət Dram Teatrı monotamaşalar festivalı keçirir

 

Mingəçevir Dövlət Dram Teatrı 55 illik yubileyini müxtəlif layihələrlə qeyd edir. Yubiley münasibətilə sənət ocağındaBir teatrbir festival” adlı monotamaşalar festivalı keçirilir.

Teatrın direktoru Əməkdar artist İntiqam Soltanın müəllif layihəsi olan festivalın ilk mərhələsi 15-16 aprel tarixlərində gerçəkləşib. Festivalın açılış mərasiminə şəhər sakinləri, eləcə Lənkəran, Gəncə Dövlət Dram, Gəncə Dövlət Kukla teatrlarının təmsilçiləri, teatrşünas yazarlar qatılıblar.

İntiqam Soltan teatrın tarixindən söz açıb, teatrsevərləri festival tamaşalarını izləməyə dəvət edib.

Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, Bərdə Regional Mədəniyyət İdarəsinin rəisi vəzifəsini müvəqqəti icra edən Səxavət Məmmədov,  Mingəçevir Dövlət Universitetinin rektoru Şahin Bayramov, “EL” televiziyasının direktoru İqbal Məmmədəliyev yubileylə bağlı kollektivi təbrik ediblər. Onlara kollektiv adındanTeatrın dostumükafatları təqdim edilib.

Mingəçevir Şəhər İcra Hakimiyyəti adından teatrın qocaman aktrisası, Xalq artisti Ella Yaqubova, baş rejissor Vüsal Mehrəliyev  aktrisa Könül Ahəngarin fəxri fərmanlarla təltif olunublar.

Açılışın ardınca tamaşalar nümayiş olunub. İki gün ərzində teatrın artistləri müxtəlif tamaşalardan monoloqlar, eləcə mono-oyun kompozisiya təqdim ediblər.

Festivalın may-iyun aylarına nəzərdə tutulan ikinci mərhələsinə digər şəhər rayonlardan da teatrlar cəlb olunacaq.

 

Mədəniyyət.- 2023.- 19 aprel.- S.4.