Nura çevrilən ömür

 

Qazax rayon Heydər Əliyev Mərkəzi və rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın (1923-1985) anadan olmasının 100 illik yubileyinə həsr olunmuşNura çevrilən ömür” başlıqlı tədbir keçirilib. Çıxışlardan sonra oftalmoloq-alim haqqında film nümayiş etdirilib.

Göyçay rayon Heydər Əliyev Mərkəzində Zərifə Əliyevanın 100 illiyinə həsr edilmiş konfrans təşkil edilib. Çıxışlarda vurğulanıb ki, Zərifə Əliyevanın novator alim, qayğıkeş insan kimi yaşadığı mənalı ömrü, keçdiyi şərəfli həyat yolu hər bir alim və həkim üçün həyat və mənəviyyat dərsi, kamillikmüdriklik məktəbidir.

Astara rayon Heydər Əliyev Mərkəzində isə Zərifə Əliyevanın anım günü (15 aprel) ilə bağlı təşkil olunan tədbir keçirilib. Tədbirdə “Akademik Zərifə xanım Əliyevanın ömür yolu” adlı film nümayiş olunub. Sonda tədbir iştirakçıları rəsm və kitab sərgilərinə baxıblar.

Sabirabad rayon Heydər Əliyev Mərkəzində Zərifə Əliyevanın anım günü ilə əlaqədar “Zirvələrə yüksələn zərif insan ömrü” adlı sənədli film nümayiş olunub.

 

Mədəniyyət.- 2023.- 19 aprel.- S.4.