“Xalqın qəlbindəki əbədi abidə”

 

Bölgələrdə “Heydər Əliyev İli” tədbirləri davam edir

 

İmişli rayon Uşaq incəsənət məktəbi və YAP İmişli rayon təşkilatının birgə təşkilatçılığı ilə “Xalqın qəlbindəki əbədi abidə” adlı tədbir keçirilib. Tədbirdə müasir Azərbaycan dövlətinin banisi Ulu öndər Heydər Əliyevin həyat yolundan, Vətən qarşısında tarixi xidmətlərindən söz açılıb. Məktəbin müəllim və şagirdlərinin ifasında Heydər Əliyevə həsr olunan şeirlər və musiqilər səsləndirilib.

Ağcabədi rayon Heydər Əliyev Mərkəzi və rayon Tarix-Diyarşünaslıq Muzeyinin birgə təşkilatçılığı ilə “Heydər Əliyev və muzeylərimiz” adlı tədbir keçirilib. Bildirilib ki, Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışından sonra, mədəniyyətin digər sahələri ilə yanaşı, muzey işiyeni mərhələyə qədəm qoyub. Ulu öndərin təşəbbüsü ilə 1994-cü ildə Nazirlər Kabinetinin qəbul etdiyiRespublikada muzey işinin vəziyyəti və onun yaxşılaşdırılması haqqında” qərarın bu istiqamətdə ilk mühüm addım olduğu vurğulanıb. Bədii hissədə Ağcabədi şəhər 8 saylı tam orta məktəbin şagirdləri tərəfindən şeir kompozisiyası təqdim edilib.

Ağdaş Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə “Heydər Əliyev İli” çərçivəsində “Mənim rəngli dünyam” adlı rəsm təlimi keçirilib.

Bərdə Regional Mədəniyyət İdarəsinin (RMİ) əhatə etdiyi rayon və şəhərlərdə Ulu öndərin 100 illiyi münasibətilə “Heydər Əliyev və mədəniyyətimiz” adlı bilik yarışması keçirilir. Bərdə, Tərtər, Yevlax və Mingəçevirin tam orta məktəbləri şagirdlərinin iştirak etdiyi bilik yarışı Bərdə RMİ, Qarabağ və Mərkəzi Aran Regional Təhsil idarələrinin birgə təşkilatçılığı ilə gerçəkləşir.

Şəki şəhər 4 nömrəli Musiqi məktəbində “Heydər Əliyev və Azərbaycanda milli intibah dövrü” adlı seminar keçirilib. Çıxış edənlər Ulu öndərin həyatı və siyasi fəaliyyətindən, bugünkü inkişafımızın möhkəm təməllərini qoymasından danışıblar.

Qəbələ Rayon Tarix-Diyarşünaslıq Muzeyinin təşkilatçılığı ilə “Heydər Əliyev və gender siyasəti” adlı tədbir keçirilib. Çıxışlarda Heydər Əliyevin hüquqi dövlət quruculuğu, insan hüquqlarının qorunması və gender bərabərliyi üçün bazanın yaradılması istiqamətində həyata keçirdiyi dövlət siyasəti haqqında məlumat verilib.

Göygöl rayon Mədəniyyət Mərkəzində keçirilən seminarda vurğulanıb ki, Heydər Əliyev mədəniyyətimizə, incəsənətimizə, milli-mənəvi dəyərlərimizə daim böyük hörmət və ehtiram göstərib, mədəniyyət, elm və incəsənət xadimlərinə diqqət və qayğı ilə yanaşıb. Sonda Ulu öndər haqqında videoçarx nümayiş olunub.

Salyan rayon Heydər Əliyev Mərkəzi və rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Heydər Əliyev Azərbaycanda ordu quruculuğunun banisidirmövzusunda tədbir keçirilib.

Şirvan şəhər MKS-nin 4 saylı kitabxana filialının əməkdaşları tərəfindən Hacı Zeynalabdin Tağıyev adına parkda “Heydər Əliyev və kitabxana işi” adlı kitab sərgisi təşkil edilib. Sərgidə Heydər Əliyevin həyat və siyasi fəaliyyətindən bəhs edən kitablar nümayiş etdirilib.

Masallıda Ümummilli lider Heydər Əliyevin 100 illiyi münasibətilə Üzeyir Hacıbəylinin “Arşın mal alan” tamaşası nümayiş etdirilib. Masallı şəhər İncəsənət məktəbinin səhnəsində təqdim olunan tamaşaya quruluş verən Gündüz Babayev, musiqi tərtibatçısı Rəşad Tağıyevdir.

Tovuz rayon Heydər Əliyev Mərkəzində “Heydər Əliyev – dahi qurucu” adlı tədbir keçirilib. Tədbirdə Azərbaycan Aşıq Sənəti Dövlət Muzeyinin işçiləri, rayon Heydər Əliyev Mərkəzinin əməkdaşları və A.S.Puşkin adına tam orta məktəbin müəllim və şagirdləri iştirak ediblər.

Milli Məclisin Mədəniyyət komitəsi, Sumqayıt RMİ, şəhər İcra Hakimiyyəti və “Nəfəs” İctimai Birliyinin birgə təşkilatçılığı ilə Sumqayıt şəhər bulvarında ağacəkmə aksiyası təşkil olunub. Aksiyada 500 zeytun fidanı əkilib.

Goranboy rayon Heydər Əliyev Mərkəzində “Xalqını, millətini sevən, Vətəni üçün yaşayanyaradan lidermövzusunda rayonun Zeyvə kənd Seymur Məmmədov adına tam orta məktəbin VIII və X sinif şagirdləri üçün açıq dərs keçirilib.

 

Mədəniyyət.- 2023.- 19 aprel.- S.4.