İrəvan Dövlət Azərbaycan Dram Teatrı Türkiyəyə qastrola hazırlaşır
2007-ci ildən etibarən Türkiyənin müxtəlif şəhərlərində dəfələrlə tamaşalar göstərən C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrı qardaş ölkəyə növbəti səfərə hazırlaşır. Bu barədə teatrın direktoru Əməkdar mədəniyyət işçisi İftixar Piriyev məlumat verib.
İyunun 12-də başlayacaq səfər Azərbaycan Mədəniyyət Nazirliyi və Türkiyə Anadolu Aydınlar Ocağının birgə dəstəyi ilə reallaşacaq.
Direktorun bildirdiyinə görə, kollektiv 17 gün müddətində Türkiyənin şəhərlərində, o cümlədən zəlzələdən ziyan çəkmiş Hatay şəhərinin sakinləri qarşısında “Mustafa Kamal Atatürk və Heydər Əliyev zirvəsi” devizi altında D.Çizməli və P.Çələbioğlunun “Cümhuriyyətin ilk sədası” tamaşası ilə çıxış edəcək.
“Azərbaycanla Türkiyəni bir-birinə bağlayan ulu qüvvə
onları hər daim bir
bədəndə iki can
kimi yaşadacaq. Biz də belə mühüm
tədbirlərlə Azərbaycanla Türkiyənin birliyini, bərabərliyini ən mötəbər
salonlardan “Bir bədəndə
iki can – Türkiyə-Azərbaycan”
nidası ilə daim səsləndirməkdəyik”,
– deyə İftixar Piriyev
bildirib.
Mədəniyyət.- 2023.- 19
aprel.- S.5.