“Sevənlərindir dünya”
Musiqili Teatrda yeni tamaşa
hazırlanır
Azərbaycan Dövlət Akademik Musiqili Teatrında yazıçı-dramaturq Əmir Pəhləvanın “Sevənlərindir dünya” əsəri əsasında eyniadlı tamaşanın məşqləri gedir.
Süjet xəttində real sevgi hekayəsi dayanan müasir məişət komediyasına rejissor Elməddin Dadaşov quruluş verir. Tamaşada özbək (Müyəssər) və azərbaycanlı (Şərif) iki gəncin sevgi hekayəsindən bəhs olunur.
Səhnə əsərinin baletmeysteri Kamilə Əliyeva, səhnə tərtibatı və geyim üzrə quruluşçu rəssamı Sənan Fətullazadə, musiqi tərtibatçısı Məhəmməd Məmmədov, rejissor assistenti Tamilla Aslanovadır.
Tamaşada Əməkdar artistlər Nadir Xasiyev, İqrar Salamov, aktyorlar Əliməmməd
Novruzov, Elçin İmanov, Güldanə Əzimova, Gülnarə
Əzizova, Rəsmiyyə Nurməmmədova, Emin
Zeynallı, Ayan Qurbanova,
Nəzrin İsmayılzadə, Ruslan
Mürsəlov, Telnaz Hüseynova,
Ofeliya Məmmədova, Nərmin
Əliyeva, Murad Əliyev, Cəbrayıl Cəbrayılov,
Cəlal İsayev iştirak
edəcəklər.
Mədəniyyət.- 2023.- 19
aprel.- S.5.