İrs dəyişiklikləri” – abidələr və tarixi yerlər həm də diqqət istəyir

 

18 aprel Beynəlxalq Abidələr və Tarixi Yerlər Günüdür. Tarixi Yerlər və Abidələrin Mühafizəsi Şurasının (İCOMOS) təklifi ilə UNESCO tərəfindən 1983-cü ildə təsis olunan bu əlamətdar günün məqsədi insanların diqqətini abidələrin və tarixi yerlərin qorunmasına yönəltməkdir.

Beynəlxalq Abidələr və Tarixi Yerlər Gününün builki mövzusuİrs dəyişiklikləri”dir.

Əlamətdar gün ölkəmizdə də ənənəvi olaraq qeyd edilir. Bu münasibətlə qoruqlarda, tarixi məkanlarda müxtəlif tədbirlər, sərgilər, maarifləndirici aksiyalar təşkil edilir.

Qeyd edək ki, Azərbaycanın üç tarix-mədəniyyət və abidələr məkanı – Qobustan qayaüstü rəsmləri (Qobustan Milli Tarix-Bədii Qoruğu), İçərişəhər Qız qalası və Şirvanşahlar sarayı ilə birlikdə (“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu) və Şəki şəhərinin tarixi hissəsi Şəki xan sarayı ilə birlikdə (“Yuxarı Baş” Dövlət Tarix-Memarlıq Qoruğu) UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilib. Onlardan biriQobustan qoruğu Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin tabeliyində fəaliyyət göstərir. Ümumilikdə isə Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin tabeliyində 14 tarix-mədəniyyət qoruğu var.

Aprelin 18-də Qəbələ Dövlət Tarix-Bədii Qoruğunda tədbir keçirilib. Qoruğun direktoru Zahir Kərimov əlamətdar günün tarixindən söz açıb. O, Qəbələ Dövlət Tarix-Bədii Qoruğunun yaranması, ötən müddət ərzində burada aparılan arxeoloji tədqiqatlar, qazıntı işləri, aşkar olunan tapıntılar barədə ətraflı məlumat verib.

Tədbir iştirakçıları sonra Qəbələ rayon Mədəniyyət Mərkəzi Bum qəsəbə Mədəniyyət evininZopu-zopuetnoqrafik folklor rəqs ansamblının, Hacıalılı kənd Mədəniyyət evininGülüstan”, Cığatelli kənd Mədəniyyət evininGülbutafolklor qruplarının çıxışlarını izləyiblər. Sonda Qəbələ Arxeoloji Mərkəzinin həyətində rayonun tarixi abidələrini, təbiətini özündə əks etdirən fotolardan ibarət sərgi ilə tanışlıq olub.

 

 

 

Mədəniyyət.- 2023.- 19 aprel.- S.1.