Mədəniyyətimizin böyük
hamisi
(əvvəli ötən sayımızda)
Ümummilli lider Heydər Əliyev böyük siyasətdə olduğu bir qərinədən artıq dövrdə, doğma xalqının taleyində tarixi rol oynamaqla bərabər, mədəni irsimizin qorunması və zənginləşdirilməsi, milli incəsənətin, ədəbiyyatın inkişafı, respublikada mədəni-maarif işinin qabaqcıl səviyyədə təşkili sahəsində də müstəsna xidmətlər göstərib.
Heydər Əliyevin mədəniyyətə diqqət və qayğısı onun dövlət xadimi kimi fəaliyyətinin bütün mərhələlərində – sovet Azərbaycanına rəhbərlik etdiyi illərdə, Moskvada, SSRİ rəhbərliyində çalışdığı vaxtda və müstəqil Azərbaycana onillik prezidentliyi dövründə tarixin yaddaşına çoxsaylı səhifələrlə yazılıb. O, hər zaman və hər yerdə Azərbaycan mədəniyyətinin böyük hamisi olub. Bununla bağlı illərin xronikasından seçdiyimiz məqamları “Heydər Əliyev İli”nə töhfə olaraq diqqətinizə təqdim edirik...
1981-ci il 8 iyul
Heydər Əliyev Bakı şəhərində Kitab Evinin açılış mərasimində iştirak edib.
1981-ci il 21 iyul
Heydər Əliyevin rəhbərlik etdiyi Azərbaycan KP MK Hüseyn Cavidin 100 illiyi haqqında qərar qəbul edib.
Qərarda Azərbaycan ədəbiyyatında ilk mənzum fəlsəfi dramların müəllifi, görkəmli şair Hüseyn Cavidin milli ədəbiyyatın və teatr sənətinin inkişafında böyük xidmətləri vurğulanırdı: “Hüseyn Cavid obrazları səhnə mədəniyyəti xadimlərinin bütöv bir nəsli üçün məktəb olmuşdur. Hüseyn Cavidin incə lirizm və dərin psixologizmlə, humanizm və beynəlmiləlçiliklə aşılanmış əsərləri Azərbaycan ədəbiyyatının qızıl fonduna daxil olmuşdur. Onun şeirləri və poemaları Bakıda və Moskvada nəşr edilmiş, pyesləri təkcə Bakı teatrlarında deyil, həm də Tbilisi və Daşkənd, Səmərqənd və Aşqabad teatrlarında, ölkənin başqa şəhərlərinin teatrlarında tamaşaya qoyulmuş, qardaş sovet xalqlarının dramaturgiyasının və teatr sənətinin inkişafına səmərəli təsir göstərmişdir”.
Qərarda qeyd edilirdi ki, respublikada Hüseyn Cavidin ədəbi irsini öyrənmək və xatirəsini əbədiləşdirmək üçün müəyyən iş görülüb, haqqında monoqrafiyalar yazılıb, Bakı şəhərində məktəbə və küçəyə, vətəni Naxçıvan şəhərində məktəbə, küçəyə, maarif işçiləri evinə və kinoteatra onun adı verilib.
Qərarda Yazıçılar İttifaqına və Mədəniyyət Nazirliyinə tapşırılıb ki, Hüseyn Cavidin 100 illiyi münasibətilə 1982-ci ilin oktyabr-noyabr aylarında Bakı şəhərində və Moskvada təntənəli gecələr, Naxçıvanda, Sumqayıtda, Şəkidə, Qazaxda, Lənkəranda ədəbi-bədii gecələr keçirsinlər. Azərbaycan Elmlər Akademiyası, Mədəniyyət Nazirliyi və Rəssamlar İttifaqı Hüseyn Cavidin həyat və yaradıcılığını əks etdirən sərgilər, habelə yubileyinin keçiriləcəyi günlərdə Moskvada nümayiş etdirilmək üçün sərgi hazırlamalıdır.
Bundan əlavə, qərarda müvafiq qurumlara aşağıdakı tapşırıqlar verilmişdi:
Bakı və Naxçıvan şəhərlərində Hüseyn Cavidə abidələr qoyulsun;
Bakı və Naxçıvan şəhərlərində Hüseyn Cavidin xatirə muzeyləri yaradılsın;
Bakı şəhərinin Kommunist küçəsində Hüseyn Cavidin 1920-ci ildən 1937-ci ilədək yaşadığı 8 nömrəli evin fasadı təzələnsin və ona xatirə lövhəsi vurulsun;
Hüseyn Cavidin 100 illiyinə həsr edilən xatirə medalı hazırlansın;
Hüseyn
Cavidin pyesləri respublika teatrlarının
repertuarlarına daxil edilsin;
C.Məmmədquluzadə adına
Naxçıvan Dövlət
Musiqili Dram Teatrının
ikinci səhnəsi kimi “Hüseyn Cavid poeziyası teatrı” yaradılsın.
Hüseyn Cavidin dördcildliyi (birinci və ikinci cildləri yubileyədək buraxmaqla)
nəşr olunsun, ikicildlik seçilmiş əsərlərinin, haqqında
monoqrafiyanın yüksək
bədii səviyyədə
rus dilinə tərcümə olunması
və nəşri təmin edilsin.
1982-ci ildə Hüseyn Cavid haqqında ikihissəli sənədli
film çəkilməli, Hüseyn
Cavidin pyeslərindən
biri üzrə film-tamaşa hazırlanmalı
idi.
1981-ci il 5 avqust
Azərbaycan KP MK Nizami Gəncəvinin anadan olmasının 840 illiyi haqqında qərar qəbul edib.
Qərarda deyilirdi ki, “Àzərbaycanın böyük
şair və mütəfəkkiri Nizami
Gəncəvinin ədəbi
irsinin öyrənilməsini,
nəşrini və təbliğini yaxşılaşdırmaq
tədbirləri haqqında”
Àzərbaycan KP MK-nın
1979-cu il 6 yanvar tarixli qərarına uyğun olaraq respublikada böyük iş aparılır. Rəssamlar, bəstəkarlar, kinematoqrafçılar şairə
həsr edilən yeni əsərlər üzərində işləyirlər.
Moskvada və Bakıda onun əsərlərinin yeni nəşrləri hazırlanır. Kirovabadda (Gəncə)
Nizami poeziyası teatrı, Nizaminin xatirə muzeyi yaradılıb. Respublikada
hər il
Nizami poeziya günləri böyük
ədəbi bayram kimi qeyd edilir.
Bakı və Kirovabad şəhərlərində
Nizami Gəncəvinin
abidələri qoyulub.
Respublikada küçələr və meydanlar, muzeylər və mədəniyyət evləri,
məktəblər və
kitabxanalar, kinoteatrlar və parklar, elmi tədqiqat institutu, kolxoz və sovxozlar, metro stansiyası, dəniz gəmisi şairin adını daşıyır.
Bakının rayonlarından birinə
böyük şairin
adı verilib.
Qərarda dahi şairin
840 illiyi ilə bağlı Mədəniyyət
Nazirliyinə və digər aidiyyəti qurumlara tapşırıqlar
verilmişdi:
“Oktyabr-noyabr aylarında Bakıda, Moskvada və Leninqradda təntənəli yubiley gecələri, habelə Naxçıvanda, Stepanakertdə
(Xankəndi – red.), Kirovabadda
(Gəncə – red.), Sumqayıtda,
Lənkəranda, Bərdədə
ədəbi-bədii gecələr
keçirilsin;
Kirovabad şəhərində Nizami
Poeziya Evi yaradılsın və o, şairin yaradıcılıq
irsini təbliğ edən və yayan mərkəzə çevrilsin;
Nizami Gəncəvinin əsərlərinin
motivləri üzrə
müasir miniatür rəngkarlığı əsərlərinin
yaradılması üçün
1981-ci ildə müsabiqə
elan edilsin, müsabiqənin yekunları
əsasında yüksək
poliqrafiya səviyyəsində
rəngli albom buraxılsın;
Nizami Gəncəvinin
əsərlərinin motivləri
üzrə balet tamaşası hazırlansın
və s.
***
Mədəniyyət, ədəbiyyat xadimlərinin
fəaliyyəti dövlət
tərəfindən qiymətləndirilirdi.
1981-ci il 16 yanvar
Azərbaycan sovet ədəbiyyatının inkişafında õidmətlərinə görə və anadan olmasının 50 illiyi ilə əlaqədar olaraq filologiya elmləri doktoru, Nizami adına Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru Bəkir Nəbiyev və filologiya elmləri doktoru, Azərbaycan Dövlət Universiteti Mətbuat tarixi kafedrasının professoru Qulu Xəlilov Azərbaycan Ali Soveti Rəyasət Heyətinin Fəxri fərmanı ilə təltif ediliblər.
1981-ci il 26 fevral
SSRİ Ali Soveti Rəyasət Heyətinin fərmanı ilə sovet ədəbiyyatının inkişafında böyük õidmətlərinə görə və anadan olmasının 80 illiyi ilə əlaqədar olaraq yazıçı Əli Vəliyev “Oktyabr inqilabi” ordeni ilə təltif edilib.
Hazırladı: V.Orxan
(davamı var)
Mədəniyyət.- 2023.- 19
aprel.- S.5.