Gəncədə Türkiyənin dövlət bayramı qeyd olunub

 

Türkiyə Cümhuriyyətinin Gəncədəki Baş Konsulluğunun təşəbbüsü, şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Gəncə Dövlət Filarmoniyasında qardaş ölkənin dövlət bayramı, 23 AprelMilli SuverenlikUşaq Bayramı qeyd edilib.

Baş konsul Recep Öztop bildirib ki, bu bayram Türkiyənin qurucusu Mustafa Kamal Atatürkün dünya uşaqlarına verdiyi bir hədiyyədir. Türkiyənin hər yerində olduğu kimi, Azərbaycanın da bölgələrində, o cümlədən Gəncə şəhərində bu bayram böyük coşqu ilə qeyd olunur.

Digər çıxışlarda Türkiyə və Azərbaycan arasında qardaşlığın tarixi köklərə söykəndiyi bildirilib.

Daha sonra konsert proqramı təqdim olunub. Gəncə şəhər Uşaq incəsənət məktəbininXəmsəzərb alətləri ansamblı, “Gəncə qönçələrirəqs ansamblı, Gəncə Dövlət FilarmoniyasınınXəmsəuşaq rəqs ansamblı, Uşaq-gənclər inkişaf mərkəzi, Gəncə uşaq evinin şəhərin ümumtəhsil məktəblərinin istedadlı şagirdlərinin çıxışları alqışlarla qarşılanıb.

Baş konsulluq tərəfindən uşaqlara hədiyyələr təqdim olunub.

Xatırladaq ki, 1920-ci il aprelin 23-ü Türkiyə Böyük Millət Məclisinin yarandığı və türk xalqının suverenliyinin elan edildiyi tarixdir. Cümhuriyyətin banisi Mustafa Kamal Atatürk 1924-cü ildə 23 aprelin bayram edilməsi haqqında qərar imzalayıb. 1929-cu ildən etibarən Türkiyədə 23 AprelMilli SuverenlikUşaq Bayramı qeyd olunmağa başlanıb.

 

Mədəniyyət.- 2023.- 26 aprel.- S.4.