“Şur”
muğamına gedən yol”
Ştutqartda azərbaycanlı bəstəkarın
konserti
Almaniyanın Ştutqart şəhərindəki “La Lune” teatrında azərbaycanlı bəstəkar Günay Mirzəyevanın trombon və fortepiano üçün “Via “Şur” (“Şur” muğamına gedən yol”) əsərinin premyerası böyük uğurla keçib. Əsəri trombonda Heydər Nəsrulla, fortepianoda Günay Mirzəyeva ifa ediblər.
Əsər Almaniya Mədəniyyət Nazirliyinin, Almaniya Bəstəkarlar Assosiasiyası və Ştutqart Aktual Musiqi Assosiasiyasının dəstəyi ilə hər il keçirilən layihə çərçivəsində yazılıb. Bu dəfə layihə muğam musiqisinə həsr olunub.
Konsertdə bəstəkarın Fadel Boubakerin udda müşayiəti ilə ifa etdiyi iki mahnı – “Sarı gəlin” və “Bana-bana gəl” mahnıları da alqışlarla qarşılanıb.
Günay Mirzəyeva “Azərbaycanın gənclərinin xarici ölkələrdə təhsili üzrə
Dövlət Proqramının (2007-2015)” təqaüdçüsüdür.
Ştutqart Konservatoriyasının, Roma Santa Çeçiliya
Konservatoriyasının məzunudur, Karlsrue
Konservatoriyasında məşhur bəstəkar, professor Volfqanq Rimin sinfində oxuyub.
Almaniyada Azərbaycan Mədəniyyət
Mərkəzinin sədridir. Azərbaycan musiqisini
və mədəniyyətini Avropa
İttifaqı ölkələrində uğurla
təmsil və təbliğ edir.
Mədəniyyət.- 2023.- 26
aprel.- S.5.