İnsandan müqəddəs bir ad ver mənə...”

 

Həsən XasiyevinYer-göypoeması haqqında düşüncələr

 

 

 

Azərbaycan Yazıçılar Birliyinin üzvü, 12 kitab müəllifi şair, publisist Həsən Xasiyev həssas qəlbə, romantik düşüncəyə, güclü müşahidə qabiliyyətinə malik istedadlı qələm adamıdır. O, düşündürücü şeirləri ilə yanaşı, maraqlı poemaları ilə oxucuların diqqətini çəkir. ŞairinQarabağ harayı”, “Oğullar”, “Fəxrəddin”, “AladaşYer-göypoemaları onun istedadının, poetik düşüncəsinin dərinliyini göstərir. Bu yazıda biz müəllifin 2013-cü ildə qələmə aldığıYer-göypoeması haqqında söz açacağıq.

Bu poema yeri, göyü, canlı cansızı, bütün kainatı xəlq edən böyük Yaradana müraciətlə yazılmış elmi-fəlsəfi bir əsərdir. Poemada şair sanki Allahla danışır, rəhimlilərin ən rəhimlisindən imdad, kömək istəyir, deyirsə, Allah rizası üçün deyir. Poemadakı sözlər elə bil adi sözlər deyil, göylərdən gələn yenidən səmaya yönələn ali kəlmələr dualar kimi səslənir. Bir söz ki, Allahdan gəlib, Allaha qayıdır, ondan gözəli ola bilməz...

Poema şair üçün psixoloji dəstək rolunu oynayır, mənəvi iztirablardan qurtulması üçün yardımçıya çevrilir. Yerdə qərar tuta bilməyən, Allaha yaxınlaşmağa can atan şair yer-göy arasındavar-gəledir. Xalq şairi Səməd Vurğunun təbirincə desək, “əzəldən yaranmış tamaşa dünya”nın bağçalı-bağlı yerlərinə, qapısı bağlı göylərinə baxıb duyğulanır. Müəllif əsərdə bəzi adamların haram yollarla necə dəbdəbəyə, var-dövlətə çatdığından, elmli, bilikli, fəzilətli, əxlaqlı insanlara qənim kəsildiyindən söhbət açır:

 

Qəribəm dünyaya gələndən bəri,

Fani bir məkana düşmüşəm, Allah.

Sənə çatmaq üçün, səndən ötürü,

Şairtək hər şeyə dözmüşəm, Allah.

 

İlahi, usanıb daha bezməyim,

İnsandan müqəddəs bir ad ver mənə.

Yetməzmi bu sürgün yerdə gəzməyim,

Göylərə uçmağa qanad ver mənə.

 

Deyirlər, şairlər göy adamlarıdır. Ruhi aləmlə real dünya arasında vasitəçidirlər. Təkcə yerdə təmas qursalar, şairlik itər, sözə ilahi münasibət qurtarar. Poemanı oxuyandan mən şair Həsən Xasiyevi sanki yerlə göy arasında bağlantı kimi hiss edirəm. Qeybdən gələn sözləri vərəqlərə köçürüb yerdən göy üzünə çəkilmək istəyir, kosmik əlaqələr axtarışına çıxmaq arzusundadır. Yaşadığı yer üzündə, sözün əsl mənasında, göydəndüşmə olduğundan qərarsızdır, darıxır, xəyalı daim göylərdə dolaşır. Poeziyanı təkcə təbiətlə, torpaq, od, su, hava, bir sözlə, yaradılışın əsas ünsürləri ilə bağlamaq həqiqəti tam dolğunluğu ilə əks etdirmir. Dünya təklikdə dəyərsizdir, göylə müştərək çox şey deməkdir. Qısası, əsl poeziya yerin göylə, Ulu Yaradanla qırılmaz vəhdətidir. Həqiqət şairi Hüseyn Cavid haqlı olaraq poetik kimliyini belə bəyan etmişdi:

 

Mən fəqət hüsni-Xuda şairiyəm,

Yerə enməm , səma şairiyəm.

 

Xalq şairi Zəlimxan Yaqub yazırdı ki, şeir yazanlar qədər desəniz olub var. Amma Allahla bağlı olan, yerlə göyü bir-birinə qatan şairlər azdır.

 

Həsən Xasiyevin bu poeması dünyanın mahiyyəti, həyatın mənası, bəşər övladı, zaman məkan, varlıq yoxluq anlayışları barədə bədii-fəlsəfi düşüncələr toplusudur. Bu fikirlər oxucularda həmin anlayışlar haqqında geniş təsəvvür yaradır, onları düşünməyə vadar edir. İnandırmaq bacarığı isə insanda ən kamil, ən önəmli keyfiyyətdir. Həsəni tanıyanlar onun özünə dediyi sözünə inanır, hörmət edirlər. Çünki sözü ürəkdən, doğmalıqla, halallıqla deyir. Söhbətində səmimi odlu qəlb çırpıntıları var. Bu da onun daxili dünyasının zənginliyindən xəbər verir. Axı onun özü həqiqəti, haqq-ədaləti, insafı məhv olmağa qoymayan, insana dayaq, kömək olmaqdan fəxarət duyan xeyirxah ziyalı, fəal vətəndaş, etibarlı dostdur.

 

Bir vətənpərvər şair kimi haqq sözünü hər yerdə, hər zaman deməkdən qorxmur, çəkinmir. Poemada müəllif ağrı-acılara görə yer planetindən hesabat istəyir, onu dinləməyə, suallara cavab almağa, bəşəriyyətin xilasına, nicatına çalışır. Məhz cəmiyyət ilahi qüvvə ilə bağlı olan belə fərdlərin varlığı sahəsində inkişaf edir. Şair yazır ki, göylərdə sevinc, bizim dünyamız olan Yerdə isə sevinc, həm kədər mövcuddur. İnsan bu iki zərurət arasında yaşayır.

 

Fələk insanın taleyini kart kimi qarışdırır. Bəxt ulduzunu tanıyan, özünü dərk edən kəs Tanrı köməyilə, yüksəkliklərə, göylərə, kainatın ənginliklərinə ucala bilər. Ulu Tanrıya sonsuz məhəbbət bəsləyən şair ona qovuşmaq, çatmaq arzusu, ölməzlik əbədilik istəyi ilə yaşayıb-yaradır.

 

Ən təmiz məxluqu göylərdə gördüm,

Səmada xəlq olan pakdı, uludu.

Yabançı varsa, mən yerdə gördüm,

Göy üzü müqəddəs Allah yoludu.

 

Dolansın boynuma Günəşin qolu,

Üstümə tökülsün ulduz yağışı,

Eşitmək istərəm Allah “sağ ol”u,

Bir ki, ilahi Tanrı alqışı.

 

Dini təsəvvürlərə görə, göy üzü yeddi qatdan ibarətdir. Yeddincisi Allah dərgahı olan Ərşi-Əladır. Meracpeyğəmbərin Allah hüzuruna yetişməsidir. o, Allahı öz cismani gözləri ilə deyil, idrak gözləri ilə görüb, bir göz qırpımında yenidən yerə dönür.

 

Tanrı dərgahında peyğəmbərlərdən sonra şairlər gəlir. Şairin son arzusu da belə bir görüşdür, çünki ruhlar aləminə, Tanrı səltənətinə yetişmək insan səadətinin ən uca, ən ülvi zirvəsi, əbədi xoşbəxtliyidir. Ruh ilahi mahiyyət daşıdığından söz onun ifadəsi kimi şairə Allah tərəfindən verilmiş vergidir. Şair ibadət, müqəddəs poeziya yolu ilə Allaha çatmaq istəyir. Son dərəcə keşməkeşli, amma çox şərəfli, çox mübarək bu yolun çətinliklərinə dözənlər, nəhayət, çəkdiyi əziyyətlər müqabilində inanılmaz rahatlığa, dincliyə düşəcək, əbədi Tanrı himayəsində olacaq zəkasına işıq düşmüş nurlu varlıqlara çevriləcəklər.

 

Masmavi səmaya çıxdım yuxuda,

Önümdə rəngbərəng o göy qurşağı.

Bəxtəvər söyləyir mənə çoxu da,

Bir daha enmərəm burdan aşağı.

 

Röyada aydın masmavi bir səma görmək sonsuz sevinc səadətə yozulur, göyə çıxmaq yüksək bir mövqeyə çatacağını bildirir (Göydən yerə düşmək, əksinə, həyatda bir sarsıntıyla üzləşmək anlamına gəlir). Həm yuxuda göy qurşağı görmək işlərində müvəffəq olmağına, arzu əməllərin həyata keçəcəyinə işarə kimi qiymətləndirilir.Yer-göypoeması aşağıdakı misralarla başlayıb bitdiyindən, mən sözümü şairin həmin misralarıyla tamamlamaq istərdim:

 

Yerdə düzəlməyib hələ bir işim,

Bir çarə qılmırsan axı niyə sən?

Ey Yaradan, budur səndən xahişim,

Apar məni öz yanınagöyə sən!

 

Niyyətim saf, təmiz, həm ki əla,

Kömək ol, ey böyük Allah-Təala!

 

Amin deyirik Uca Tanrıdan şair arzusunun müstəcab olmasını diləyirik.

 

Hacı Vadir Mustafayev

Ilahiyyatçı

Mədəniyyət.- 2023.- 26 aprel.- S.6.