Qədim mətnlər və klassik mənbələr erməniçilik uydurmalarını ifşa edir

 

Dünya Kitab və Müəlliflik Hüququ Günü münasibətilə konfrans keçirilib

 

 

Aprelin 20-də Əqli Mülkiyyət Agentliyinin təşkilatçılığı ilə “Heydər Əliyev İli” çərçivəsində “Qədim mətnlər və klassik mənbələr erməniçilik saxtakarlıqlarını və uydurmalarını ifşa edirmövzusunda konfrans keçirilib.

23 aprelDünya Kitab və Müəlliflik Hüququ Gününə həsr olunan konfrans çərçivəsində Əqli Mülkiyyət Agentliyi İdarə heyətinin sədri professor Kamran İmanovun “Qədim mətnlər və klassik mənbələr erməniçilik saxtakarlıqlarını və uydurmalarını ifşa edirya əzəli Azərbaycan-Türk torpaqları olan Zəngəzur həqiqətləri” kitabının təqdimatı keçirilib.

Kamran İmanov konfransı açaraq mövzunun aktuallığından danışıb. Bildirib ki, bu gün hay-erməni uydurma “qədimliliyi” erməniçiliyin təcavüzkar və riyakar izini sürdürür. Heç də təsadüfi deyil ki, XVI-XVII əsrlərə dair erməni xalqının tarixi adı altında Azərbaycanın Qarabağ, Gəncə, İrəvan, Naxçıvan və Zəngəzur diyarlarının tarixi təsvir olunur. XV əsrdə patriarx taxtının Eçmiədzinə köçürülməsindən sonra (burada patriarxlıq yeparxiyasız fəaliyyət göstərirdi, çünki yeparxiya Kiçik Asiyada qalmışdı) ermənilər bu dövrü lovğalanaraq erməni tarixinin “Eçmiədzin dövrü” adlandırdılar. Avtoxton xalqlardan fərqli olaraq, erməni alimləri “Armeniya tarixini yox, “Ermənilərin tarixini, bir sözlə, etnosun tarixini yazmağa məcburdurlar, ya daHayastan” adlı ölkəsi olmayan mifoloji hayların tarixini yazır və burada digər xalqların ərazisindən və tarixindən söhbət açırlar.

Erməni siyasətinin əsas dəst-xətti mifologiyadır. Erməni etnik aləminin mənzərəsinin bir hissəsi olan məhz bu mifologiya zahiri reallığın və burada cəmləşən əxlaq mexanizminin erməni etnosu tərəfindən qavranılması üsulunu müəyyən edir.

Konfransda elm və təhsil naziri Emin Əmrullayev, AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva, Milli Məclisin deputatı, Qərbi Azərbaycan İcmasının sədri Əziz Ələkbərli, millət vəkili Sabir Rüstəmxanlı, mədəniyyət nazirinin müavini Səadət Yusifova, Azərbaycan Respublikasının UNESCO üzrə Milli Komissiyasının baş katibi Seymur Fətəliyev, Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə kommunikasiya şöbəsinin Xarici media ilə sektorunun müdiri Fuad Axundov, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun nümayəndəsi Nuri Aksu çıxış ediblər.

Konfrans çərçivəsində həmçinin erməni saxtakarlığını ifşa edən “Tarixin izi ilə” silsiləsindən “Keçmişin böyük yalanları: ArmeniyaHayastan” adlı televiziya filmi nümayiş etdirilib.

Professor Kamran İmanovun “Qədim mətnlər və klassik mənbələr erməniçilik saxtakarlıqlarını və uydurmalarını ifşa edirya əzəli Azərbaycan-Türk torpaqları olan Zəngəzur həqiqətləri”, AMEA-nın A.Bakıxanov adına Tarix İnstitutunun baş direktoru Kərim Şükürovun “Zəngəzurun tarixi demoqrafiyası”, Əqli Mülkiyyət Agentliyinin eksperti Elşad Əlilinin “Sünik (Sisakan) adının etimologiyası və onun Üç Ox oğuzları ilə əlaqəsi” mövzusunda məruzələri dinlənilib.

Tədbir çərçivəsində “Erməni uydurmalarını ifşa edən yazılı mənbələr” adlı kitab sərgisi də təşkil edilib. Sərgidə Əqli Mülkiyyət Agentliyi tərəfindən nəşr olunan kitablar nümayiş olunub.

 

Mədəniyyət.- 2023.- 26 aprel.- S.6.