Azərbaycan İkinci Dünya müharibəsində

 

 

AMEA A.Bakıxanov adına Tarix İnstitutu Azərbaycan Respublikası tarixi şöbəsinin müdiri tarix elmləri doktoru, professor Mais Əmrahovun “Azərbaycan SSR İkinci Dünya müharibəsində (1939-1945)” kitabı nəşr olunub.

İnstitutdan bildirilib ki, kitabın elmi redaktoru tarix üzrə fəlsəfə doktoru, dosent Cəbi Bəhramov, rəyçiləri tarix elmləri doktoru, dosent Nazim Məmmədov və tarix üzrə fəlsəfə doktoru, dosent Afaq Priyevadır.

Monoqrafiyada II Dünya müharibəsi ərəfəsində beynəlxalq siyasi mənzərəyə nəzər salınır, faşizm üzərində tarixi Qələbənin əldə edilməsində Azərbaycan xalqının töhfələrindən bəhs edilir. Kitabda Sovet İttifaqı Qəhrəmanları olan və “Şöhrət” ordeninin üç dərəcəsi ilə təltif edilən azərbaycanlılar haqqında bioqrafik məlumatlar verilib. Monoqrafiyada müharibə dövründə yaranmış çətinliklərdən istifadə edən düşmənin Azərbaycanda gizli təbliğat aparması da arxiv sənədləri əsasında təhlil olunur.

 

Mədəniyyət.- 2023.- 28 aprel.- S.6.