Milli Qəhrəman Albert Aqarunovun xatirəsi yad edilib
Azərbaycanın Milli Qəhrəmanı
Albert Aqarunovun (1969-1992) doğum
günü münasibətilə
tədbirlər keçirilib.
Müdafiə Nazirliyi, Diasporla
İş üzrə
Dövlət Komitəsi,
Şuşa və Nərimanov rayon icra hakimiyyətlərinin rəsmiləri,
Bakı şəhəri
Dağ Yəhudiləri
Dini İcması,
“Veteran Tankçılar” İctimai
Birliyi və ictimaiyyət nümayəndələri
əvvəlcə Şəhidlər
xiyabanında iki dəfə Sovet İttifaqı Qəhrəmanı,
tank qoşunları general-mayoru
Həzi Aslanovun məzarını ziyarət
ediblər.
Əməkdar incəsənət xadimi,
Prezidentin fərdi təqaüdçüsü polkovnik
Abdulla Qurbani çıxış
edərək bildirib ki, Milli Qəhrəmanın
ad günündə ilk olaraq
Həzi Aslanovun məzarını ziyarət
etməyimiz heç də təsadüfi deyil. Yeni yaranmaqda olan
Azərbaycan Ordusunun
ilk tankçıları, eləcə
də Albert Aqarunov burada şəhidlərimizin,
o cümlədən Həzi
Aslanovun məzarı önündə and içərək
müqəddəs savaşlara
yollanmışdılar. 2020-ci il Vətən
müharibəsi başlayanda
da tankçılarımız
“Hər birimiz Həziyik, hər bir əmrə hazırıq!” şüarı
altında döyüş
meydanlarına atılmışlar.
Sonra Milli Qəhrəman Albert Aqarunovun
məzarı önünə
güllər düzülüb,
xatirəsi ehtiramla yad edilib. Din xadimləri
şəhidlərin ruhuna
dualar oxuyub, veteranlar xatirələrini
söyləyiblər.
Qeyd edilib ki, Azərbaycan tolerant ölkədir. Burada yaşayan bütün
xalqların nümayəndələri
Azərbaycanın suverenliyi,
ərazi bütövlüyü
uğrunda düşmənə
qarşı mərdliklə
vuruşub. Albert Aqarunov yəhudi əsilli idi. Ancaq o, azərbaycanlı idi, Azərbaycan vətəndaşı
idi və bununla fəxr edirdi. Milli Qəhrəman yəhudi
xalqı ilə dostluq və qardaşlığımızın rəmzinə çevrilib.
Mərasim Albert Aqarunovun abidəsi önündə (paytaxtın
Nərimanov rayonu ərazisində Milli Qəhrəmanın adını
daşıyan küçədə)
davam edib. Qəhrəmanın həyat və döyüş yolu barədə məlumat verilib.
Qeyd olunub ki, Albert Aqarunov 1969-cu il
aprelin 25-də Bakıda
doğulub. Suraxanı rayonundakı 154 saylı
orta məktəbin
8-ci sinfini bitirib.
Texniki-peşə məktəbində sürücü-mexanik peşəsinə
yiyələnib. Hərbi xidmətini
Gürcüstanda tank qoşunlarında
keçib. Ordudan tərxis
olunduqdan sonra bir müddət Suraxanı maşınqayırma
zavodunda çalışıb.
1991-ci ildə Azərbaycan Ordusunda yeni yaranan əlahiddə
tank taboruna yazılıb.
Xankəndi, Şuşa,
Daşaltı, Cəmilli
istiqamətlərində erməni
təcavüzkarlarına qarşı
mərdliklə vuruşub.
1992-ci il mayın 8-də Şuşa-Laçın
yolunda döyüşdə
şəhidlik zirvəsinə
ucalıb. Ölümündən
sonra Azərbaycanın
Milli Qəhrəmanı
adına layiq görülüb.
Vurğulanıb ki, 44 günlük Vətən müharibəsində
qazandığımız Zəfər
həm Birinci, həm də İkinci Qarabağ müharibəsində şəhid
olan Vətən övladlarının ruhlarını
şad etdi. Onların qanı
yerdə qalmadı, intiqamı döyüş
meydanında alındı.
Mərasimdə Şuşa Rayon İcra
Hakimiyyətinin başçısı
Bayram Səfərov, Bakı şəhəri Dağ Yəhudiləri Dini İcmasının sədri Milix Yevdayev, “Veteran Tankçılar”
İctimai Birliyinin sədri Hacı Əzimov, Nərimanov Rayon
İcra Hakimiyyəti başçısının müavini
Novruz Nəcəfov, Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşı
Səlhət Abbasova, Milli Qəhrəmanın qardaşı Rantik Aqarunov çıxış
edərək ürək
sözlərini bölüşüblər.
Mədəniyyət.- 2023.- 28
aprel.- S.6.